| Parakənd | |
|---|---|
| Ölkə | |
| Rayon | Lənkəran rayonu |
| Bələdiyyə sədri | Gülşən Sultanova |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 3,4957 km² |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi | 1.498 nəfər (2024) |
| Milli tərkibi | azərbaycanlılar, talışlar |
Parakənd — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lənkəran rayonunun Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Parakənd kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Əhalisi
Parakənd kəndinin əhalisi 1 yanvar 2024-cü il tarixində 1.498 nəfərə çatmışdır. Əhalinin milli tərkibini əsasən azərbaycanlılar və talışlar təşkil edir.
Coğrafiyası və iqlimi
Kənd Lənkəran rayonunun cənub ucqar nöqtəsində yerləşir və Astara rayonuna keçid buradandır. Kənd həmçinin Qərbdən Talış dağları ilə əhatə olunmuşdur.
Təhsil
Kənddə Mikayıl Nəzərov adına tam orta məktəb fəaliyyət göstərir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Lənkəran rayonu qaralamaları
- Lənkəran rayonunun kəndləri
- Lənkəran rayonunun yaşayış məntəqələri
