Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Pervıy Kanal (rus. Первый канал) — 1 aprel 1995-ci ildə Moskvada fəaliyyətə başlayan televiziya kanalıdır. Sankt-Peterburqun "Pyatıy Kanal" televiziyasından son

Pervıy kanal

Vikipediya, azad ensiklopediya
Pervıy Kanal
Loqonun şəkli
1 oktyabr 2000-ci il tarixindən bu günə kimi istifadə edilən loqotip
Ölkə Rusiya Rusiya
Yayım ərazisi Yer bayrağı Dünya
Dil Rus dili
Baş qərargah Akademik Korolyov küçəsi 12, Moskva, Rusiya
Yaranma tarixi 1 aprel 1995
Təsisçi
  • Aleksandr Yakovlev[d]
  • Vladislav Listyev
Sahibi Rusiya dövləti (51 %)
Natsionalnaya Media Qruppa (25 %)
Roman Abramoviç (24 %)
Rəhbərlik Konstantin Ernst (Baş direktor)
Aleksandr Fayfman (Baş prodüser)
Kirill Kleymyonov (İnformasiya proqramları direktoru)
Keçmiş adları Общественное российское телевидение (1 aprel 1995 — 1 sentyabr 2002)
Şüar Это — Первый! (azərb. Bu — Birincidir!‎) (1995)
Первый? Посмотрим! (azərb. Birinci? Baxarıq!‎) (1999 — 2003)
Первый покажет (azərb. Birinci göstərəcək‎) (2003 — 2005)
Первый рядом (azərb. Birinci sırada‎) (2005 — 2006)
Формула Первого (azərb. Birincinin formulu‎) (2006 — 2007)
Команда Первого. Асы эфира (azərb. Birincinin komandası. Efirin pilotu‎) (2007 — 2009)
Шанс на свежее телевидение (azərb. Yeni televiziyadakı şans‎), Право на свежее телевидение (azərb. Yeni televiziyadakı hüquq‎), Пора свежего телевидения (azərb. Yeni televiziyanın bu vaxtı‎), Время свежего телевидения (azərb. Yeni televiziyanın zamanı‎) (2009 — fevral 2011)
Qardaş kanallar Pervıy Kanal - Vsemirnaya Set (27 sentyabr 1999 — h.h.)
Dom Kino
Dom Kino Premium
Muzıka Pervovo
Vremya
Karusel
Telekafe
Pervıy Kanal Avrasiya
Bobyor
Sayt 1tv.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pervıy Kanal (rus. Первый канал) — 1 aprel 1995-ci ildə Moskvada fəaliyyətə başlayan televiziya kanalıdır. Sankt-Peterburqun "Pyatıy Kanal" televiziyasından sonra SSRİ-nin və Rusiyanın ikinci ən böyük telekanalıdır. Rusiya əhalisinin 98,8 %-i "Pervıy Kanalı" izləyə bilir. Baş qərargahı "Ostankino" telemərkəzinin binasında yerləşir. Ölkənin əsas telekanallarından biridir. Qardaş kanalı olan "Pervıy Kanal - Vsemirnaya Set" vasitəsilə verilişləri bütün dünyaya yayımlanır. Qazaxıstanda "Pervıy Kanal - Avrasiya", Ermənistanda "TV1", Belarusda isə "ONT" vasitəsilə yayımlanır.

"Pervıy Kanal" Rusiyada ən yaşlı televiziya sayılır. Çünki bu televiziya özünü 1951-ci ildə yaradılmış SSRİ Mərkəzi Televiziyasının davamçısı kimi təqdim edir. Lakin SSRİ Mərkəzi Televiziyasının adı 1991-ci ilin sonunda dəyişdirilərək "Ostankino" oldu. Bununla da "Pervıy Kanal Ostankino" təsis edildi. 25 yanvar 1995-ci il tarixində isə "ORT" (Общественное Российское Телевидение) (azərb. İctimai Rusiya Televiziyası‎) yaradıldı. Həmin ilin aprel ayının 1-də isə ilk dəfə efirə çıxdı. Bununla da "ORT" kanalı, "Ostankino" telekanalını əvəz etdi. 1 sentyabr 2002-ci il tarixində isə bugünkü adını, yəni "Pervıy Kanal" (azərb. Birinci kanal‎) adını aldı. Lakin telekanalın rəsmi veb səhifəsində hələ də "ORT" adı qalmaqdadır. 1 iyun 2011-ci il tarixində "16:9" geniş ekran formatlı təsvir yayımına keçmişdir.

Loqotipləri

Telekanal 3 dəfə loqotipini dəyişmişdir. Hər loqotip ekranın sağ-üst küncündə olmuşdur. 1 aprel 1995 — 30 sentyabr 1995 tarixləri arasında və və 12 avqust 2005-ci il tarixindən etibarən reklam vaxtı loqotip efirdən götürülmür.

Üst