Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zəhmətabad (əvvəlki adı: Novomixaylovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Zəhmətabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikas

Zəhmətabad (Biləsuvar)

39°28′19″ şm. e. 48°34′15″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Zəhmətabad
39°28′19″ şm. e. 48°34′15″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.374 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1392
Xəritəni göstər/gizlə
Zəhmətabad xəritədə
Zəhmətabad
Zəhmətabad

Zəhmətabad (əvvəlki adı: Novomixaylovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Zəhmətabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Bağbanlar kənd Sovetindəki Novomixaylovka kəndi Zəhmətabad kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Zəhmətəbad kəndi Bağbanlar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zəhmətabad kənd Soveti yaradılmışdır.

Toponimikası

Kənd XIX əsrin ortalarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd əvvəllər rusların köçüb gəldiyi yerin adı ilə Abazovka, sonralar Novomixaylovskoye və nəhayət Novomixaylovka adlanırdı. 1991-ci ildən indiki adla adlandırılmışdır. Oykonim rəmzi məna daşıyır.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Muğan düzündə yerləşir. Bəydili, Əliabad, Bağbanlar kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 2800 1391 1409
2009 ↗3374 ↗1719 ↗1655

İqtisadiyyatı

Kənddə 748 təsərüffat var.

Mədəniyyəti

Kənddə Zəhmətabad kənd kitabxana filialı və Zəhmətabad Poçt Agentliyi (AZ1392) fəaliyyət göstərir.

Təhsil

Kənddə Zəhmətabad kənd tam orta məktəbi və Zəhmətabad kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Zəhmətabad kənd uşaq bağçası fəaliyyətdədir.

Din

Kənddə 1991-ci ildə inşa edilmiş Zəhmətabad kənd məscidi yerləşir.

Səhiyyə

Kənddə Zəhmətabad kənd həkim məntəqəsi yerləşir.

Həmçinin bax

Üst