Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Petro Oleksiyovıç Poroşenko (ukr. Петро Олексійович Порошенко; 26 sentyabr 1965[…], Bolqrad[d], Odessa vilayəti) — Ukrayna Respublikasının 5-ci Prezidenti (2014

Petro Poroşenko

Vikipediya, azad ensiklopediya
Petro Poroşenko
ukr. Петро́ Олексі́йович Пороше́нко
Ukraynanın xalq deputatı
Vəzifədədir
29 avqust 2019-cuildən
12 dekabr 2012 3 iyun 2014
25 may 2006 15 iyun 2007
12 may 1998 8 sentyabr 2005
Ukrayna Prezidenti
7 iyun 2014 20 may 2019
ƏvvəlkiAleksandr Turçinov (i. e.)
SonrakıVolodimir Zelenski
Ukraynanın xarici işlər naziri
9 oktyabr 2009 11 mart 2010
ƏvvəlkiVolodimir Xandoqi[d]
SonrakıKonstantin Qrişenko[d]
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi
8 fevral 2005 8 sentyabr 2005
Şəxsi məlumatlar
Doğum adı Петро Олексійович Порошенко
Doğum tarixi 26 sentyabr 1965(1965-09-26)[…] (60 yaş)
Doğum yeri
Partiya
  • Avropa Həmrəyliyi
Fəaliyyəti iş adamı, siyasətçi, diplomat, iqtisadçı, sahibkar, respublika prezidenti
Həyat yoldaşı
  • Marina Poroşenko[d] (1984–)
Dini şərqi ortodoks xristianlıq, Ukrayna Pravoslav Kilsəsi
Hərbi xidmət
Döyüşlər
  • Donbass müharibəsi,
  • Rusiyanın Ukraynanı işğalı (2022)
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq elmləri namizədi (2002)

Təltifləri "Vətəndaşlıq xidmətlərinə görə" böyük xaç ordeni — 2010 Maltanın "Xidmətlərə görə" ordeni 2-ci dərəcəli "Xidmətlərə görə" ordeni 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni Decoration for Exceptional Merits — 2016 "Respublika" ordeni "Stara Planina" ordeni "Ağ qartal" ordeni "Böyük Vitautas" ordeni
adlı odlu silah mükafatı Honored Economist of Ukraine State Prize of Ukraine in Science and Technology
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Petro Oleksiyovıç Poroşenko (ukr. Петро Олексійович Порошенко; 26 sentyabr 1965[…], Bolqrad[d], Odessa vilayəti) — Ukrayna Respublikasının 5-ci Prezidenti (2014–2019). Eyni zamanda biznesmen, milyarderi və siyasətçi.. Forbes jurnalının (2013, fevral) rəyinə görə öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yer tutur (varidatı — $1,8 milyard). Ukrayna xalq deputatı, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidenti.

1998–2005-ci və 2006–2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı, Ukrayna Respublikası Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (fevral-sentyabr 2005-ci il), Ukrayna Respublikasının Milli Bank Şurası rəhbəri (2007–2012-ci illər), Ukrayna Respublikasının xarici işlər naziri (2009–2010-cu illər), Ukrayna Respublikasının iqtisadi inkişaf və ticarət naziri (mart-noyabr 2012-ci il).

Poroşenko məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının da sahibidir.

Həyatı

26 sentyabr 1965-ci ildə Bolqradda anadan olub. Ruminiya kralliği, Bessarabiya (indiki Odissey əyalətinin İsmayıl rayonu) əsilli atası Aleksey İvanoviç Poroşenko(d.t. 1936) 1959-cu ildən Bolqradda işləməyə başlayıb. Anası Yevgeniya Sergeyevna Poroşenko(1937–2004)Kuqurluy-Matroska (Bessarabiya, Ruminiya kralliği — indiki Odissey əyalətinin İsmayil rayonu) doğumludur və o da Bolqradda iş həyatına başlamışdı. Poroşenko, Kiyev Dövlət Universitetində Beynəlxalq münasibətlər və Beynəlxalq iqtisadiyyat fakültəsində, Belnəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almış, həmçinin O, cüdo idman növü ilə peşəkar səviyyədə məşğul olmuşdur.

İş həyatı

Ali təhsilə yiyələndikdən sonra Poroşenko kakao satışında şəxsi biznesini qurur. 1990-cı ildə bir neçə qənnadı fabrikinin sahibi olur və sonralar bu fabrikləri "Roşen" adı altında birləşdirir və "Roşen" Ukraynanın ən çox məhsul istehsal edən qənnadı fabrikinə çevrilir. Sonralar şokolad istehsalında "Kral" olan Roşen məhsulunun təxminən yarısı Rusiyaya ixrac olunurdu.

Həmçinin bax

  • Avropa həmrəyliyi
Üst