Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Pilələr silsiləsi – Culfa rayonu ərazisində dağ silsiləsi. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağü

Pilələr silsiləsi

39°04′52″ şm. e. 46°02′53″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Pilələr silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1562,6 m
Yerləşməsi
39°04′52″ şm. e. 46°02′53″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Culfa
Pilələr silsiləsi xəritədə
Pilələr silsiləsi
Pilələr silsiləsi

Pilələr silsiləsi – Culfa rayonu ərazisində dağ silsiləsi. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli yamaclarının sıldırımlı qoludur.  Uzunluğu 10 km-dən artıq, ən yüksək zirvəsinin hündürlüyü 1562,6 m-dir. Paleosen-Üst Oliqosenin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının qırışığa məruz qalmış şimal-şərq qanadında yerləşir.

Həmçinin bax:

Üst