| Piniya şamı | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çılpaqtoxumlular Şöbə: İynəyarpaqlılar Sinif: İynəyarpaqlılar Yarımsinif: İynəyarpaqlılar Dəstə: İynəyarpaqlılar Fəsilə: Şamkimilər Yarımfəsilə: Şamkimilər Cins: Şam Növ: Piniya şamı | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Piniya şamı (lat. Pinus pinea) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Arealı
Aralıq dənizi ölkələri, Balkan, Asiya, Cənubi Amerika, Çin və Çilidə təbii halda bitir.
Botaniki xarakteristikası
Hündürlüyü 30 m-ə, gövdəsinin diametri 100 sm-ə qədər olan, enli, oval şəkilli və ya kürəvi çətirli ağacdır. Gövdəsinin qabığı qırmızımtıldır, tumurcuqları qatranlı deyil, iynəyarpaqları tünd-yaşıl, 10-15 sm uzunluqdadır. Alt yarpaqları yumurtavarı-neştərvarıdır, təpələri saçaqlı-kirpiklidir. Erkək qozaları çoxdur, xırdadır, silindrovan-uzunsov, sıx, yoğun sünbüllər əmələ gətirir. Qozaları tək-tək və ya iki-üçü bir yerdə yerləşir. Qozaların yoğun və kifayət qədər uzun ayaqcıqları var, onlar kürə şəkilli və ya oval şəkilli-kürəvi olub, dik dayanmışdır. Uzunluğu 8-9 sm, eni 6-8 sm, qalxancıqları qalın, bucaqlıdır, piramidal şişdir, işıqda parıldayır, az nəzərə çarpan, zəif görünən, köndələn, tili və bir neçə çıxıntısı vardır. Toxumları iri, uzunsov-tərs, yumurtavarı, bucaqlıdır, üzərində qalın, tünd-qonur, qırmızı rəngli, 18–20 mm uzunluqda pərdəciyi vardır, qanadlı və ya qanadsızdır. Quraqlığa davamlı və işıqsevən bitkidir, torpağa qarşı az tələbkardır. Tərkibində stearin, palmitin və digər yağ turşularının qliseridləri vardır, yağından boyalar hazırlanır. Yaşıllaşdırmada tək-tək və qrup halında əkilir.
Azərbaycanda yayılması
Azərbaycanda Abşeron, Zaqatala, Kür-Araz ovalığı, Şəmkir və Lənkəranda rast gəlinir.
Sinonimləri
Homotipik sinonimləri
- Apinus pinea (L.) Neck. ex Rydb.
- Pinea esculenta Opiz
- Pinus fastuosa Salisb.
Heterotipik sinonimləri
- Pinus africana Münchh.
- Pinus aracanensis Knight ex Gordon & Glend.
- Pinus arctica Carrière
- Pinus fragilis Carrière
- Pinus maderiensis Ten.
- Pinus pinea var. maderiensis (Ten.) Carrière
- Pinus sativa Garsault
Həmçinin bax
- Şam ağacı
- Dekorativ ağaclar
- Meyvə ağacları
- Qərbi Asiya florası
- Təhlükədə olmayan növlər
- Qırmızı kitaba görə az qayğı tələb edən növlər
- Çərəzlər
- 1753-cü ildə təsvir edilən bitkilər
- Karl Linney tərəfindən adlandırılmış botanika taksonları
