| Qürgen Yanıkyan | |
|---|---|
| |
| Doğum tarixi | |
| Doğum yeri | Ərzurum, Osmanlı İmperiyası |
| Vəfat tarixi | |
| Vəfat yeri | Kaliforniya, ABŞ |
| Vəfat səbəbi | ürək tutması |
| Milliyyəti | erməni |
| Təhsili |
|
| Fəaliyyəti | mühəndis, yazıçı |
Qürgen Yanıkyan (erm. Գուրգեն Եանիկեան; 24 dekabr 1895, Ərzurum, Ərzurum vilayəti – 27 mart 1984 və ya 29 fevral 1984, Kaliforniya) — erməni terrorçusu, türk diplomatlarının qatili.
Həyatı
Qürgen Yanıkyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsindən sonra ABŞ-yə köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur.
Yanıkyan ABŞ-də bir neçə roman nəşr etdirir. 27 yanvar 1973-cü ildə 77 yaşlı Qürgen Yanıkyan Santa Barbara şəhərində yerləşən "Baltimor" hotelində Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar hotelə gəldikdə Yanıkyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanıkyan öz cinayəti barədə bunları demişdi:
"Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər"
Həmin il məhkəmənin gərarı ilə Yanıkyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq Yanıkyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir.
Mehmet Baydar
Bahadur Demir
Həmçinin bax
- 24 dekabrda doğulanlar
- 1895-ci ildə doğulanlar
- 88 yaşında vəfat edənlər
- 27 martda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- Moskva Dövlət Universitetinin məzunları
- Ərzurumda doğulanlar
- 29 fevralda vəfat edənlər
- Kaliforniyada vəfat edənlər
- Terrorçular
- Ermənilər
- Məzarı köçürülənlər
- SSRİ-dən İrana mühacirət edənlər