| Qımılqışlaq | |
|---|---|
| 41°28′08″ şm. e. 48°41′58″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Quba rayonu |
| Əhalisi | |
| Əhalisi | 656 (2009) nəfər |
| Qımılqışlaq | |
Qımılqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.
Tarixi
- Bu kənd Sovet vaxtı salınan kəndlərdən biridir. 1932-ci ildən Qımılqışlaq adlanır.
Toponimikası
- Qımılqışlaq oyk., mür.
- Xaçmaz r-nunun eyniadlı i.ə.v.-də kənd. Samur–Dəvəçi ovalığındadır.
- Yaşayış məntəqəsinin əsasını Quba rayonu Qımıl kəndindən olanlar qoymuşdur. Görünür, əvvəllər kəndin ərazisi Qımıl kəndinə məxsus qışlaq yeri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir;
- Qusar maili düzənliyindədir. Oykonim Qımıl (kənd adı) və qışlaq sözlərindən ibarət olub, “Qımıl kəndinin qışlağı, qımıllılara məxsus qışlaq” mənasındadır. Yaşayış məntəqəsinin əsasını Qımıl kəndindən olanlar qoymuşlar.
- Əvvəllər Qazmalar, bir müddət Qımılpalasa da adlanmış, sonra isə palasa sözü qışlaq sözü ilə əvəz olunaraq indiki adını Qımılqışlaq almışdır.
Mədəniyyəti və Təhsili
- Quba rayonu Qımılqışlaq kəndi, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ilə bitişik və eyni adlı kəndlərdir.
- Kənd rayon mərkəzinə 25 km, Xaçmaz rayonuna 10 km məsafədədir. Məsafə yaxınlığına görə Xaçmaz rayonuna avtobus marşurut xətti ilə təmin olunub.
- Kənd yolu 2019-cu ildə Quba rayonu Hacıhüseynli kənd yoluna kimi asvaltlanmışdır.
- Kənddə 11 illik tam orta məktəbi fəaliyyət göstərir.
- Kənd kitabxanası fəaliyyət göstərir.
Coğrafiyası və iqlimi
- Düzən ərazilər üstünlük təşkil edir.
- Kəndin quraq və subtropik iqlimi var.
Əhalisi
- Əhalisi Qımıl qazma və Qımıl kəndlərindən köçənlərdir (60%). Kəndin 99%-i ləzgilərdir. 2009-cu ilin siyahıya alınmaya əsasən kənddə 656 nəfər əhali yaşayır.
Kommunal xətlər
- Kəndin elektirik, qaz və internet xətləri Xaçmaz rayonundan təmin olunur.
- Kənd əhalisinin içməli suyu subartezian su quyusundan təmin olunur.
İqtisadiyyatı
- Kənd əhalisi əsasən meyvəçiliklə qismən tərəvəzçiliklə və heyvandarlıqla məşğul olur.
- Kənd təsərrüfatı suvarma suyu Samur–Abşeron kanalından təmin olunur.
Həmçinin bax
- Quba rayonu
Kateqoriyalar:
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Quba rayonu qaralamaları
- Kənd qaralamaları
- Quba rayonunun kəndləri