Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qızılqaya — Azərbaycan Respublikasının Göygöl rayonunun Qızılqaya qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan

Qızılqaya (Göygöl)

40°38′23″ şm. e. 46°20′03″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qızılqaya
40°38′23″ şm. e. 46°20′03″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 998 nəf. (2009)
Xəritəni göstər/gizlə
Qızılqaya xəritədə
Qızılqaya
Qızılqaya

QızılqayaAzərbaycan Respublikasının Göygöl rayonunun Qızılqaya qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Quşqara kənd inzibati ərazi vahidi tərkibindəki Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi vahidinin tərkibinə verilmişdir. 26 dekabr 2006-cı il tarixli 215-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qızılqaya qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası

Yaşayış məntəqəsi 1932-ci ildə 7-ci sovxozun malikanəsi yanında salınmış və 7-ci Sovxoz qəsəbəsi adlandırılmışdır. 1950-ci illərdən qəsəbə yaxınlığındakı Qızılqaya adı ilə tanınan qayanın adı olmuşdur. Qaya xırda mamırla örtülüdür və bu mamırdan təbii üsulla xınanı xatırladan maddə alınır. Qayanın adı da buradan yaranmışdır.

Tarixi

Coğrafiyası və iqlimi

Qəsəbə Gəncə şəhəri yaxınlığında yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən qəsəbədə 988 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

Üst