Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qaçaq Nəbi (1854, Aşağı Mollu, Rusiya imperiyası – 12 mart 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal

Qaçaq Nəbi

Vikipediya, azad ensiklopediya
Qaçaq Nəbi
Doğum tarixi 1854(1854)
Doğum yeri
Vəfat tarixi 12 mart 1896(1896-03-12) (41–42 yaşında)
Həyat yoldaşı
  • Həcər[d]
Fəaliyyəti qaçaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaçaq Nəbi (1854, Aşağı Mollu, Rusiya imperiyası12 mart 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı.

Həyatı

Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir.

Ailəsi

Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır.

Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir.

Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyirdi. Nəbi buna dözməyib mülkədara müqavimət göstərir. Bundan sonra qaçaq düşür. Özü kimi narazı kəndlilərdən dəstə düzəldir. Onun dəstəsi NaxçıvanZəngəzur qəzalarında qaçaqlıq edir. O, kəndliləri zülümkarlardan müdafiə edirdi. Mülkadarların var dövlətini alaraq kəndlilərə paylayırdı. Arvadı Həcər də Qaçaq Nəbinin silahdaşı idi. Çar hökuməti 20 il qaçaq Nəbini dəstəsini məhv etməyə çalışmışdır. Lakin məqsədinə nail ola bilməmişdi. Sonda 1896-cı ildə martın 12-də satılmış iki xain qəflətən Nəbiyə hücum edərək onu öldürmüşdülər.

Qaçaq Nəbinin ailə üzvləri bunlardır:

  • Atası – Alı
  • Anası – Mehri
  • Qardaşları – Mehdi, Məcid
  • Həyat yoldaşı – Həcər
  • Uşaqları – Xəlil, Əhməd, Zeynəb, Məhəmməd

Haqqında

  • Qaçaq Nəbi dastanı, 1938 (Ə.H.Tahirov).
  • "Qaçaq Nəbi" dastanı, 1941 (Əhliman Axundov).
  • "Qaçaq Nəbi" dastanı, 1961 (Ə.Axundov).
  • "Qaçaq Nəbinin tarixi", nəşr: 2011 (Bəhlul Bəhcət).
  • "Qaçaq Nəbi" pyesi (Süleyman Rüstəm).

Filmoqrafiya

  • Qanlı zəmi (film, 1985)
Üst