
Qafqaz mədəniyyəti — Qafqaz xalqlarının mədəniyyəti.
Tarixi
Qafqazın hər yerində patriarxal tayfa sisteminin və cəmiyyətin tayfa şəklində formalaşmasının izləri var. Bu xüsusiyyətlər ən yaxşı şəkildə dağlılar arasında qorunub saxlanılmışdır. Lakin tayfa sistemi tədricən kənd icmaları sisteminə keçid etmişdir. Feodal münasibətləri xüsusilə Gürcüstan, Ermənistan və Azərbaycanda, eləcə də Şimali Qafqazın bəzi yerlərində inkişaf etmişdir. Sovet dövründə bütün ərazilər Rusiyanın güclü təsirinə məruz qalmışdır. Ənənəvi olaraq, Qafqazdakı əsas dinlər İslam (xüsusən türk qrupları), Şərqi Pravoslav kilsəsi (əsasən gürcülər), Erməni Apostol kilsəsi və yəhudilik olmuşdur. Həmçinin çoxsaylı azlıqların təriqətləri də mövcuddur.
Qafqazın qonaqpərəstlik adətinə görə, uşaq 2–3 yaşlarında ailəsindən götürülüb, əmanət olaraq başqa ailəyə verilir. 15–16 yaşına qədər qəyyum evində yaşayan uşaq bu yaşlardan sonra öz ailəsinin yanına qayıdır. Adətin məqsədi uşağın hörmət göstərən və güclü olan bir şəxsiyyət kimi yetişdirilməsidir.
Qafqaz mədəniyyətlərində süfrənin çox xüsusi əhəmiyyəti var. Hər bir icmanın özünəməxsus süfrə davranışı olsa da, hamısının ortaq cəhəti budur ki, toplanma səbəbindən asılı olmayaraq, insanlar həmişə ağır bir süfrəyə otururlar.
Azərbaycan
Azərbaycanlılar Qafqaz, türk və İran elementləri daşıyan irsə malikdirlər. Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Oğuznamə"dən, özündə həm erkən türk, həm də Qafqazın arxaik görüşlərini birləşdirən "Kitabi-Dədə Qorqud" dastanından götürür.
XVIII əsr aşığı Sayat Nova Qafqaz birliyi ideyası haqqında fikirləşir, azərbaycanlılar, gürcülər və ermənilərin bir yerdə harmoniya ilə yaşayacağı, II İrakli kimi müdrik hökmdarın idarə etdiyi bir dövlət xəyal edirdi. O, əsərlərinin çoxunu Azərbaycan dilində yazmışdır, çünki Qafqaz birliyi mesajı üçün bu dil ən yaxşı vasitə idi. Sayat Nova yazdığı bir şeirdə Araz çayı üzərində körpü tikdiyini qeyd edirdi. Burada nəzərdə tutulan azərbaycanlılar, gürcülər və ermənilər arasında Sayat Novanın inşa etdiyi mədəni əlaqə ola bilər.
Abbasqulu ağa Bakıxanov Şirvan və Dağıstan tarixi haqqında "Gülüstani-İrəm" əsərini yazmışdır. Bu əsər bütün qafqazlıların müxtəlifliklərinə baxmayaraq, dini və tarixi bağları olduğu Osmanlı türkləri və farslar kimi qonşu xalqlardan fərqli bir ortaq tarixə və bir dərəcəyə qədər ortaq kimliyə malik olduğunu göstərir.
Qalereya
Ləzginka rəqsi
Azərbaycan musiqiçisi milli geyimdə
Qafqaz xalçası
Qafqaz xalqları- Qafqaz xalqları

Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu
Həmçinin bax
Regionlara görə mədəniyyət
- Azərbaycan mədəniyyəti
- Gürcüstan mədəniyyəti
- Abxaziya mədəniyyəti
- Ermənistan mədəniyyəti
Sahələrə görə mədəniyyət
- Qafqazşünaslıq
- Qafqaz dilləri
- Qafqaz rəqsləri
Ədəbiyyat
- Dowsett Ch. J. F. Sayat'-Nova: An 18th-century troubadour. A biographical and literary study. — Leuven: Peeters Publishers, 1997. — 505 p. — ISBN 978-9-068-31795-4.
- Karamustafa, Ali. (2021). Reading Nineteenth-Century Persian Histories from the Caucasus. 10.30687/978-88-6969-550-6/005.
- Qafqaz mədəniyyəti
- Asiya mədəniyyəti
- Avropa mədəniyyəti
- Rusiya mədəniyyəti
- Cənubi Qafqaz