Qaralar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Qaralar kəndi Ulaşlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralar kənd Soveti yaradılmışdır.
| Qaralar | |
|---|---|
| 39°13′28″ şm. e. 46°43′17″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Qaralar | |
Etimologiyası
Tədqiqatçılara görə, oykonim Qara şəxs adından və -lar cəm şəkilçisindən ibarət olub, "Qaranın nəslindən olanlar" mənasını bildirir. Yerli məlumata görə, qaralar İranın Kəbirli kəndindən gəlmiş nəslin adıdır.
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Əhalisi
Məhəmmədhəsən Baharlının məlumatına görə, kəndin əhalisi kürdlərdən ibarət olmuşdur.
Coğrafiyası
Kənd Yazı düzündə yerləşir.
