| Qaravəlili | |
|---|---|
| 39°54′48″ şm. e. 48°12′30″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Qaravəlili | |
Qaravəlili — Azərbaycan Respublikasının İmişli rayonunun Qaravəlili kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Qaravəlili kəndi Bəcirəvan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlili kənd Soveti yaradılmışdır.
Əhalisi
Kənd əhalisinin sayı 1020 nəfərdir ki, onun da 502 nəfəri kişi, 518 nəfəri isə qadındır.
Tanınmış şəxsləri
- Bəhram Saffan oğlu Zahidov — AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun direktorunun elmi işlər üzrə müavini, Hüquq elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Şamaxı, Sabirabad və Xəzər (Əzizbəyov) rayonlarının sabiq prokuroru.
- Zahidov Nazim Asəf oğlu (Nazim Zahid) — rus dili müəllimi, şair, Azərbaycan Yazıçılar birliyinin üzvü.[mənbə göstərilməlidir]
Din
Kənddə "Şıxlar" məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə yaşayış məntəqələri
- İmişli rayonu qaralamaları
- İmişli rayonunun kəndləri

