Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qarayoxuş silsiləsi — Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıd

Qarayoxuş silsiləsi

Vikipediya, azad ensiklopediya
Qarayoxuş silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1186,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Culfa

Qarayoxuş silsiləsi — Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-qərb istiqamətli qoludur. Uzunluğu 6 km, ən yüksək zirvəsinin hündürlüyü 1186,6 m təşkil edir. Üst Oliqosen (Darıdağ lay dəstəsi) və Alt Miosenin (Vayxır və Qızılboğaz lay dəstələri) çökmə və  vulkanogen-çökmə süxurlarından təşkil olunmuş və arid-denudasion proseslərlə intensiv parçalanmışdır.  Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının ikincidərəcəli Ərəzin sinklinal qırışığı ilə mürəkkəbləşmiş geniş cənub-qərb qanadında yerləşir.

Həmçinin bax

Üst