| Qarışıq armud | ||||
|---|---|---|---|---|
| Elmi təsnifat | ||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Evdikotlar Klad: Bazal evdikotlar Klad: Superrozidlər Klad: Rozidlər Klad: Fabidlər Dəstə: Gülçiçəklilər Fəsilə: Gülçiçəyikimilər Yarımfəsilə: Gavalıkimilər Triba: Almakimilər Yarımtriba: Almakimilər Cins: Armud Növ: Qarışıq armud | ||||
| Beynəlxalq elmi adı | ||||
| ||||
| ||||
Qarışıq armud (lat. Pyrus complexa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Arealı
Ermənistanda arealı vardır.
Botaniki xarakteristikası
Hündürlüyü 10 m, gövdəsinin diametri 10-12 sm çatan ağacdır. Çətiri şaxələnmiş, bir az sallaqdır. Budaqları iynəli və qonur qabıqlı, cavan budaqları tükcüklü, sonradan təxminən çılpaqdır. Tumurcuqları iri, qonur, qırmızımtıl çalarlı, yumurtavari-konusvaridir.Yarpaqları oval-yumurtavari, uzunluğu 8 sm-dək və eni 4 sm-dək, ucu biz, hər tərəfdən tükcüklüdür. Qalxanı çoxçiçəklidir. Meyvələri yumru, basıq, diametri 2-3 sm olub sarımtıl rəngli, şarşəkillidir. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.
Ekologiyası
İşığa, küləyə davamlıdır. Torpağa tələbkar deyil. Soyuq sevən bitkidir.
Azərbaycanda yayılması
Zəngilanda (Mülk, Daştun kəndləri) və Xocavənd rayonu ərazisində təbii halda yayılmışdır.
İstifadəsi
Yeyinti sənayesində geniş istifadə olunur. Dekorativ bitkidir.
Həmçinin bax
- Armud