| Qazi Gümüştigin | |
|---|---|
Əmir Məlik Qazi | |
| 1084 – 1104 | |
| Əvvəlki | Danişmənd Qazi |
| Sonrakı | Məlik Qazi |
| Şəxsi məlumatlar | |
| Vəfat tarixi | 1104 |
| Vəfat yeri |
|
| Atası | Danişmənd qazi |
| Uşağı |
|
Qazi Gümüştigin və ya Məlik Qazi Gümüştigin (ö. 1104) — Danışməndlilər sülaləsindən olan ikinci hökmdar.
Həyatı
Onun atası Danışmənd Qazi Malazgird döyüşündən sonra Anadolunun mərkəz-şərqində yerləşən Danışməndlilər dövlətinin əsasını qoymuşdur. Danışmənd Qazi 1084-cü ildə vəfat etdikdən sonra oğlu Qazi Gümüştigin onu hakimiyyətdə əvəz etmişdir.
Birinci Səlib yürüşü zamanı Qazi Gümüştiginin torpaqları səlibçilərin birbaşa yürüş yolu üzərində yerləşirdi. 1097-ci ildə Dorileon döyüşündə məğlub olsa da, 1100-cü ildə Antioxiyalı I Bohemondu ələ keçirməklə uğur qazandı. Bundan sonra da yürüşünü davam etdirərək, torpaqlarını cənub yönünə doğru genişləndirdi və Malatyanı 1103-cü ildə Malatya döyüşündən sonra ələ keçirdi.
1104-cü ildə ölümündən sonra yerinə oğlu Əmir Qazi taxta keçmişdir.
Populyar mədəniyyətdə
Qazi Gümüştiginin obrazı Türkiyə televiziya serialı olan "Diriliş: Ərtoğrul"da Mehmet Polad tərəfindən "Gümüştigin bəy" adlandırması ilə canlandırılmışdır.
- 1104-cü ildə vəfat edənlər
- Sivasda vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Danişməndlilər sülaləsi
- İslam hökmdarları
- XII əsr Asiya hökmdarları