Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kəndi Yuxarı Quşçu kəndindən çıxmış ailələr iki dağın arasında yerləşən Çatax adlı yerdə salmışlar. Çataq Azərbaycan toponimiyasında "yolayrıcı", "suayrıcı", "d

Çatax (Tovuz)

40°43′28″ şm. e. 45°33′33″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çatax
40°43′28″ şm. e. 45°33′33″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 310 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6020
Xəritəni göstər/gizlə
Çatax xəritədə
Çatax
Çatax

Çatax — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Kəndi Yuxarı Quşçu kəndindən çıxmış ailələr iki dağın arasında yerləşən Çatax adlı yerdə salmışlar. Çataq Azərbaycan toponimiyasında "yolayrıcı", "suayrıcı", "dağayrıcı" mənalarında işlənir. Oykonim kəndin yerləşdiyi coğrafi mövqeyi təyin edir.

Tarixi

Tarixi abidələri

Çatax kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
5202 Məscid Qeyd olunmayıb Çatax kəndi Memarlıq Yerli

Coğrafiyası və iqlimi

Kənd Əsrikçayın sahilində, Şahdağ silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 297 141 156
2009 ↗310 ↗147 ↗163

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə Çatax kənd kitabxana filialı, Çatax kənd klubu, Çatax poçt şöbəsi (AZ6020) fəaliyyət göstərir.

Təhsil

Kənddə Xəlil Cəfərov adına Çatax kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Çatax həkim məntəqəsi yerləşir.

Kənddəki Turşsu bulağının müalicəvi suyu sağlamlıq üçün faydalı olan müxtəlif kimyəvi maddələrlə zəngindir.

Həmçinin bax

Üst