Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qriqor Maraşetsi (erm. Գրիգոր Մարաշեցի; XII əsr və ya bilinmir, Qəhrəmanmaraş – XII əsr və ya bilinmir, Qəhrəmanmaraş, Zәngilәr dövlәti) — XII əsr erməni şairi.

Qriqor Maraşetsi

Vikipediya, azad ensiklopediya
Qriqor Maraşetsi
erm. Գրիգոր Մարաշեցի
Doğum tarixi XII əsr və ya bilinmir
Doğum yeri
  • Qəhrəmanmaraş
Vəfat tarixi XII əsr və ya bilinmir
Vəfat yeri
  • Qəhrəmanmaraş, Zәngilәr dövlәti
Fəaliyyəti şair
Əsərlərinin dili erməni dili
Janrlar panegirik

Qriqor Maraşetsi (erm. Գրիգոր Մարաշեցի; XII əsr və ya bilinmir, QəhrəmanmaraşXII əsr və ya bilinmir, Qəhrəmanmaraş, Zәngilәr dövlәti) — XII əsr erməni şairi.

Həyatı

Qriqor Maraşetsi Maraşdan çox da uzaq olmayan Gesvants monastırında yaşayıb işləyirdi. Maraşetsi Kilikiya ədəbi məktəbinin nümayəndəsi idi. Ən məşhur əsəri "Mərsiyələr"dir (1149, erm. «Ողբ» или «Վայ գիրք»). Bu əsər 1149-cu ildə Maraşın sultan Məsud tərəfindən alınmasına həsr edilmişdir. Qriqor Maraşetsinin daha beş şeiri indiki dövr

gəlib çatmışdır – "Dua" (erm. «Աղօթքը»), "Tövbələr toplusu" (erm. «Մեղաների շարք»), həmçinin Müqəddəs Məryəmə həsr olunmuş üç panegirik. Qriqor şeirlərində tez-tez şəhər həyatını təsvir edir, ermənilər arasında yayılmış at yarışlarından, sirk və teatr sənətlərindən bəhs etmişdir. Sehrbazları və heyvan tərbiyəçilərini tənqid edir, onların fəaliyyətini günah hesab edir. Onun yaradıcılığında Qriqor Narekatsinin güclü təsirini hiss etmək mümkündür.

Maraşetsi həm də nüfuzlu kilsə xadimi idi. O, nəsihətlərində monastırların abbatlarına xitab edir və onları öz tələbələrinə və prixoda mənsublarına qarşı daha ədalətli olmağa çağırırdı.

Üst