Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qullar — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd.

Qullar (Ağdam)

39°59′00″ şm. e. 46°57′00″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qullar
39°59′00″ şm. e. 46°57′00″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Qullar xəritədə
Qullar
Qullar

QullarAzərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd.

Toponimiyası

Qullar kənd adı mənşəcə qədim türkmənşəli peçeneq-lərin Kul tayfasının adını əks etdirir. Qulu Əsgəran rayonu Şuşukənd kəndi ərazisində təpə adı. Cəbrayıl rayonu Horovlu kəndi ərazisində Hacılı kəndi yaxınlığında, Lerik rayonu Qosmalyan kəndi ərazisində farmaş tapı, Şəki rayonunda Güllütap və b. tap (təpə) və Cəbrayıl rayonu Gözərçin Veysəlli kəndi ərazisində Keçəl Məmmədli təpə adları ilə mənaca eynidir. Ona görə də erməni tədqiqatçılarının Azərbaycan dilində tap sözünün ermənicə olması fikri səhvdir.

Tarixi

Azərbaycan SSR-nın 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Qullar kəndi Ağdam rayonunun Ağdamkənd kənd Sovetinə daxil idi. Həmin il üçün, Ağdamkənd kənd Sovetinə həmçinin Ağdamkənd, Sarıcalı, Qaradağlı və Qarazeynallı kəndləri də daxil idi.

Azərbaycan SSR prezidenti Mütəllibovun 6 iyun 1990-cı il tarixli fərmanı ilə, Ağdam rayonu üzrə Sarıcalı kəndi mərkəz olmaqla Sarıcalı kənd Sovetinin yaradılması qərara alınmışdı. Bu fərman ilə, Sarıcalı, Qarazeynallı, Qullar kəndlərinin Ağdamkənd kənd Sovetinin tərkibindən Sarıcalı kənd Sovetinin tərkibinə verilməsi, Ağdamkənd kənd Soveti yaşayış məntəqələrinin Ağdam şəhərinə qovuşması ilə əlaqədar olaraq Ağdamkənd kənd Sovetinin ləğv edilməsi, ləğv edilmiş Ağdamkənd kənd Sovetinin Ağdamkənd və Qaradağlı kəndləri isə Ağdam şəhəri ilə qovuşduğuna görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılması qərara alınmışdı. Bu fərman Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli qərarı ilə təsdiq edilmişdi. Hal hazırda, Sarıcalı, Qarazeynallı və Qullar kəndləri Azərbaycanın Ağdam rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsinə daxildirlər, Sarıcalı kəndi də bu kənd inzibati ərazi dairəsinin mərkəzidir, keçmiş Ağdamkənd kənd Sovetinin təkibində olmuş Ağdamkənd və Qaradağlı isə Ağdam rayonunun yaşayış məntəqələri siyahısanda qeyd olunmur.

Qullar kəndi 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun bütöv ərazisi 20 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarılmışdı.

Xarici keçid

Üst