Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qımılqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.

Qımılqışlaq (Quba)

41°28′08″ şm. e. 48°41′58″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qımılqışlaq
41°28′08″ şm. e. 48°41′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Əhalisi
Əhalisi 656 (2009) nəfər
Xəritəni göstər/gizlə
Qımılqışlaq xəritədə
Qımılqışlaq
Qımılqışlaq

Qımılqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.

Tarixi

  • Bu kənd Sovet vaxtı salınan kəndlərdən biridir. 1932-ci ildən Qımılqışlaq adlanır.

Toponimikası

  • Qımılqışlaq oyk., mür.
  • Xaçmaz r-nunun eyniadlı i.ə.v.-də kənd. Samur–Dəvəçi ovalığındadır.
  • Yaşayış məntəqəsinin əsasını Quba rayonu Qımıl kəndindən olanlar qoymuşdur. Görünür, əvvəllər kəndin ərazisi Qımıl kəndinə məxsus qışlaq yeri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir;
  • Qusar maili düzənliyindədir. Oykonim Qımıl (kənd adı) və qışlaq sözlərindən ibarət olub, “Qımıl kəndinin qışlağı, qımıllılara məxsus qışlaq” mənasındadır. Yaşayış məntəqəsinin əsasını Qımıl kəndindən olanlar qoymuşlar.
  • Əvvəllər Qazmalar, bir müddət Qımılpalasa da adlanmış, sonra isə palasa sözü qışlaq sözü ilə əvəz olunaraq indiki adını Qımılqışlaq almışdır.

Mədəniyyəti və Təhsili

  • Quba rayonu Qımılqışlaq kəndi, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ilə bitişik və eyni adlı kəndlərdir.
  • Kənd rayon mərkəzinə 25 km, Xaçmaz rayonuna 10 km məsafədədir. Məsafə yaxınlığına görə Xaçmaz rayonuna avtobus marşurut xətti ilə təmin olunub.
  • Kənd yolu 2019-cu ildə Quba rayonu Hacıhüseynli kənd yoluna kimi asvaltlanmışdır.
  • Kənddə 11 illik tam orta məktəbi fəaliyyət göstərir.
  • Kənd kitabxanası fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi

  • Düzən ərazilər üstünlük təşkil edir.
  • Kəndin quraq və subtropik iqlimi var.

Əhalisi

  • Əhalisi Qımıl qazma və Qımıl kəndlərindən köçənlərdir (60%). Kəndin 99%-i ləzgilərdir. 2009-cu ilin siyahıya alınmaya əsasən kənddə 656 nəfər əhali yaşayır.

Kommunal xətlər

  • Kəndin elektirik, qaz və internet xətləri Xaçmaz rayonundan təmin olunur.
  • Kənd əhalisinin içməli suyu subartezian su quyusundan təmin olunur.

İqtisadiyyatı

  • Kənd əhalisi əsasən meyvəçiliklə qismən tərəvəzçiliklə və heyvandarlıqla məşğul olur.
  • Kənd təsərrüfatı suvarma suyu Samur–Abşeron kanalından təmin olunur.

Həmçinin bax

  • Quba rayonu
Üst