| Qızılqaya | |
|---|---|
| 40°38′23″ şm. e. 46°20′03″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Qızılqaya | |
Qızılqaya — Azərbaycan Respublikasının Göygöl rayonunun Qızılqaya qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Quşqara kənd inzibati ərazi vahidi tərkibindəki Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi vahidinin tərkibinə verilmişdir. 26 dekabr 2006-cı il tarixli 215-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qızılqaya qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası
Yaşayış məntəqəsi 1932-ci ildə 7-ci sovxozun malikanəsi yanında salınmış və 7-ci Sovxoz qəsəbəsi adlandırılmışdır. 1950-ci illərdən qəsəbə yaxınlığındakı Qızılqaya adı ilə tanınan qayanın adı olmuşdur. Qaya xırda mamırla örtülüdür və bu mamırdan təbii üsulla xınanı xatırladan maddə alınır. Qayanın adı da buradan yaranmışdır.
Tarixi
Coğrafiyası və iqlimi
Qəsəbə Gəncə şəhəri yaxınlığında yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən qəsəbədə 988 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Göygöl rayonu qaralamaları
- Göygöl rayonunun qəsəbələri
