Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Rövşən Çingiz oğlu Nəcəf (9 aprel 1982, Bakı) – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının pre

Rövşən Nəcəf

  • Ana Səhifə
  • Rövşən Nəcəf

Rövşən Çingiz oğlu Nəcəf (9 aprel 1982, Bakı) – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti (fevral–iyul 2022), Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini (2020–2021), Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini (2020–2021), 3-cü dərəcəli dövlət müşaviri, Neftçidə Müşahidə Şurasının sədri.

Rövşən Nəcəf
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Vəzifədədir
21 iyul 2022-ci ildən
ƏvvəlkiRövnəq Abdullayev
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti
Vəzifədədir
2 aprel 2024-cü ildən
ƏvvəlkiRövnəq Abdullayev
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
10 fevral 2022 – 21 iyul 2022
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
23 dekabr 2021 – 10 fevral 2022
NazirMikayıl Cabbarov
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
11 fevral 2020 – 23 dekabr 2021
NazirMikayıl Cabbarov
Şəxsi məlumatlar
Doğum tarixi 9 aprel 1982(1982-04-09) (43 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti (B)
Kolumbiya Universiteti (M)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və təhsili

Rövşən Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirmişdir.

2007–2008-ci illərdə ABŞ-nin Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlamışdır.

İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Evlidir, 2 övladı var.

Əmək fəaliyyəti

  • 2001-ci il – Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində çalışıb.
  • 2003–2007-ci illər – Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.
  • 2008–2009-cu illər – SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.
  • 2009–2010-cu illər – İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub.
  • 2010–2018-ci illər – "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
  • 2018-ci il 11 may– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
  • 2019-cu il 28 avqust– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
  • 2020-ci il 11 fevral– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini təyin edilib.
  • Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir.
  • 2021-ci il 23 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
  • 2022-ci il 10 fevral tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti təyin edilib.
  • O, 2022-ci ildə İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilmişdir.

Rövşən Nəcəf 2024-cü il aprelin 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası prezidenti seçilib.

9 aprel 2025-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri təyin olunub.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Azərbaycan Qırmızı Kitabı

  • Mart 27, 2026

    Nizami Rəmzi

  • Mart 26, 2026

    Tahir Gözəl

  • Mart 26, 2026

    Şahmat

  • Mart 26, 2026

    Göygöl (göl)

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst