| Rüfət Əhmədzadə | |
|---|---|
| Rüfət Zülfüqar oğlu Əhmədzadə | |
| |
| Doğum tarixi | 25 mart 1933 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 15 dekabr 1988 (55 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Həyat yoldaşı | Əhmədzadə Mirvari Əsəd qızı (1936-2014) |
| Uşağı | Zülfüqar Rüfətoğlu (1958-2024) Vüqar Əhmədzadə Rəşad Əhmədzadə |
| Atası | Zülfüqar Əhmədzadə |
| Təhsili |
|
| Fəaliyyəti | yazıçı, şair, jurnalist |
| Fəaliyyət illəri | 1950–1988 |
| Üzvlüyü |
|
Rüfət Əhmədzadə (25 mart 1933, Bakı – 15 dekabr 1988, Bakı) — Azərbaycan yazıçısı, satirik şair, ssenari müəllifi, jurnalist.
Həyatı
Rüfət Əhmədzadə 1933-cü ildə Bakıda anadan olub. Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilib və ailə Azərbaycanın Balakən rayonuna köçüb. Əmək fəaliyyəti də erkən yaşlarında Balakəndə başlayıb. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışıb.
Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışıb və mətbuatda müxtəlif şerləri ilə çıxış edib.
"Kirpi" satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışır.
Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib.
SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.
11 kitab, 4 musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik"), 3 televiziya tamaşası ("Sonuncu məhəbbət", "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti") və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Bir çox tanınmış mahnılar onun şerlərinə bəstələnmişdir. Sonuncu "Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub.
Emin Sabitoğlunun bəstələdiyi "Sıravi Əhməd", Zeynəb Xanlarovanın ifasında məşhurlaşan "Necəsən?" , "Esmira" və sair kimi mahnıların sözlərinin müəllifidir.
- Jurnalist, prodüser Zülfüqar Rüfətoğlunun atasıdır.
- A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin atasıdır.
Kitabları
- "Məhəbbətlə gülüşlə" "Sizin ilə, gülə-gülə", Bakı, "Elgün", 2012. 224 səh., 500 nüsxə.
Filmoqrafiya
- Sonuncu məhəbbət (film, 1985)
- Gülüş sanatoriyası (film, 1989)
- Şirbalanın məhəbbəti (film, 1991)
- 25 martda doğulanlar
- 1933-cü ildə doğulanlar
- Bakıda doğulanlar
- 15 dekabrda vəfat edənlər
- 1988-ci ildə vəfat edənlər
- 55 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Bakı Dövlət Universitetinin məzunları
- SSRİ Yazıçılar İttifaqının üzvləri
- SSRİ Jurnalistlər İttifaqının üzvləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan talışları
- Azərbaycan yazıçıları
- Azərbaycan satirik şairləri
- Azərbaycan ssenaristləri
