Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sərəfəliyev Rüstəm Qasım oğlu (1909, Qoçəhmədli, Qaryagin qəzası – 1991, Bakı) — Sovet partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı.

Rüstəm Səfərəliyev

Vikipediya, azad ensiklopediya
Rüstəm Səfərəliyev
Azərbaycan Kommunist Partiyası Bərdə Rayon Komitəsinin birinci katibi
1974 1985
ƏvvəlkiXəlfə İbrahimov
SonrakıƏhəd Kərimov
Azərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin birinci katibi
1971 1973
SonrakıFeyruz Mustafayev
Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi
1952 ?
Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi
1947 1952
ƏvvəlkiSirac Dibirov
SonrakıZəbi Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1909(1909)
Doğum yeri
Vəfat tarixi 1991(1991) (81–82 yaşında)
Vəfat yeri
  • Bakı
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1934)
Fəaliyyəti müəllim

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Sərəfəliyev Rüstəm Qasım oğlu (1909, Qoçəhmədli, Qaryagin qəzası1991, Bakı) — Sovet partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı.

Həyatı

Sərəfəliyev Rüstəm Qasım oğlu 1909-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub.

Sosialist Əmək Qəhrəmanı (1949). 1929–1974-cü illərdə müəllim, Pedaqoji texnikumun direktoru, Bakıda məktəb direktoru, Keşlə rayonunun Xalq Maarif şöbəsinin müdiri, AKR MK aparatında təlimatçı, Şəki RK-nın katibi, Azərbaycan KP Balakən, Zaqatala, Bərdə, Göyçay Rayon Komitələrinin birinci katibi və s. vəzifələrdə işləmişdir.

1948-ci ildə dövlətə kənd təsərrüfatı məhsulların istehsalı və satışının yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Sov.İKP 19, 25, 26 və AKP 18–30-cu qurultayların nümayəndəsi olmuş, 1951-ci ildən AKP MK üzvü idi.

Azərbaycan SSR Ali Sovetinin (1, 5, 7–10-cu çağırış) deputatı idi. 4 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.

Haqqında

Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuş "Bizim katib" adlı film çəkilmişdir. Kinoportretdə raykom katibinin gündəlik işi, qayğıları öz əksini tapmışdır.

Ədəbiyyat

  • Qasımzadə İ. "Bərdə nə gözəlsən…", Azərbaycan KP Bərdə Rayon Komitəsinin birinci katibi, Sosialist Əməyi Qəhrəmanı Rüstəm Səfərəliyevlə müsahibə / İ. Qasımzadə, D. Mustafayev // Azərbaycan. — 1985. — № 6.- S.92–97.

Filmoqrafiya

  • Bizim katib (film, 1972)
Üst