| Əhəd Kərimov | |
|---|---|
| |
| 13 noyabr 1987 – | |
| Sədr | Süleyman Rüstəmzadə Elmira Qafarova |
| 14 dekabr 1985 – 1990 | |
| Əvvəlki | Rüstəm Səfərəliyev |
| Sonrakı | Yusif Allahverdiyev |
| oktyabr 1981 – dekabr 1985 | |
| Sonrakı | İrşad Əliyev |
| yanvar 1980 – oktyabr 1981 | |
| Əvvəlki | Muradxan Cabbarov |
| Sonrakı | Yaqub Məmmədov |
| 13 dekabr 1975 – 15 yanvar 1980 | |
| Əvvəlki | Qəşəm Aslanov |
| Sonrakı | Niyaz Hacıyev |
| iyun 1975 – dekabr 1975 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1940 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 2006 (65–66 yaşında) və ya 2007 (66–67 yaşında) |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
Əhəd Əli oğlu Kərimov (1940, Umudlu, Muxtar Dağlıq Qarabağ Vilayəti – 2006 və ya 2007) — Azərbaycan ictimai-siyasi və partiya xadimi, Azərbaycan SSR Ali Soveti sədrinin müavini, Azərbaycan Kommunist Partiyası Şuşa (1975–1980), Laçın Rayon (1980–1981), Ucar Rayon (1981–1985) və Bərdə Rayon (1985–1990) komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı.
Həyatı
Əhəd Əli oğlu Kərimov 1940-cı ildə indiki Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. Çapar kənd orta məktəbini bitirdikdən sonra 3 il kolxozda işləmiş, Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. Burada ikinci kursda oxuyarkən oxuduğu orta məktəbin Azərbaycan bölməsində müəllim işləmiş, bir ildən sonra əyani təhsilə keçərək əvvəlcə fakültə, sonuncu kursda isə universitetin komsomol təşkilatının katibi olmuşdur. Təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutuna göndərilmiş, öz istəyi ilə Mərdəkandakı çətin tərbiyə olunan uşaqlar üçün açılmış xüsusi internat-məktəbdə bir il tərbiyəçi, üç il yarım isə direktorun tərbiyə işlər üzrə müavini işləmişdir.
Azərbaycan Pedaqoji İnstitutunun Xankəndidə filialı açılan zaman burada müəllim ştatı üçün keçirilən müsabiqədə iştirak etmiş və 1970-ci ildə institutun komsomol təşkilatının katibi seçilmişdir. 1971-ci il noyabr ayında Azərbaycan LKGİ Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsinin ikinci katibi seçilmiş, 1975-ci ilin iyununda Şuşa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, həmin ilin dekabr ayında isə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi vəzifələrinə irəli çəkilmişdir.
1980-ci ilin yanvar ayında Əhəd Kərimov Azərbaycan KP Laçın Rayon Komitəsinin, 1981-ci ilin oktyabr ayında Ucar Rayon Komitəsinin, 1985-ci ilin dekabr ayında isə Bərdə Rayon Komitəsinin birinci katibi işləmişdir. Paralel olaraq 1987-ci ilin noyabr ayında Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndə Ali Sovetdə həmin iclasa sədrlik edib.
Əhəd Kərimov 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü olmuşdur.
Əhəd Kərimov 67 yaşında vəfat etmişdir.
- 1940-cı ildə doğulanlar
- Umudluda (Ağdərə) doğulanlar
- 2006-cı ildə vəfat edənlər
- 2007-ci ildə vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Bərdə Rayon Komitəsinin birinci katibləri
- Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
