Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmış və

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı

  • Ana Səhifə
  • Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı — Azərbaycan teatr tarixində ilk mahnı teatrı.

Azərbaycan Dövlət Mahnı Teatrı
Xəritə
Ümumi məlumatlar
Teatrın tipi mahnı teatrı
Əsası qoyulub 1968
Teatr binası
Açılıb 1968
Heyət
Direktor Ülviyyə Bəbirova
Yerləşməsi
40°22′28″ şm. e. 49°50′49″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Yerləşir Bakı
Ünvan Bakı
Azərbaycan Azərbaycan
Azərbaycan Dövlət Mahnı Teatrı xəritədə
Azərbaycan Dövlət Mahnı Teatrı
Azərbaycan Dövlət Mahnı Teatrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmış və hal-hazırda öz yaradıcısının adını daşıyır. Yerləşdiyi bina ilk növbədə sinaqoq kimi istifadə olunmuşdur.

Teatrın repertuarı bu gün Üzeyir Hacıbəyov, Oqtay Kazımi, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov, Elza İbrahimova, Emin Sabitoğlu və başqaları kimi milli bəstəkarların əsərlərindən ibarətdir. Repertuarın əsasını təşkil edən xalq mahnılarının, muğam və təsniflərin ifası bu günə kimi böyük müğənnimiz Rəşid Behbudovun özünəməxsus ənənəvi ifa tərzini qoruyub saxlamışdır.

Teatr fəaliyyət göstərdiyi vaxtdan burada Xalq Artistləri Rəşid Behbudov, Mübariz Tağıyev, Natavan Şeyxova, Elxan Əhədzadə, Azər Zeynalov, Gülyaz və Gülyanaq Məmmədovalar, Bilal Əliyev, Oktay Ağayev, Rafiq Babayev, Kamil Vəzirov, Oktay İsmayılov, İlhamə Quluyeva Əməkdar Artistlər Teymur Əmrah, Xədicə Abbasova, Aybəniz Haşımova, Səbinə İlyasova, Elçin Cəlilov və s. kimi populyar sənət ustaları çalışmışdır.

R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, Fransa, İsveç, İsveçrə, Hindistan, Pakistan, Almaniya, Türkiyə, Rusiya Federasiyası və s. tamaşaçı tərəfindən rəğbətlə qarşılanmışdır. Son illərdə yaradıcı kollektiv: 2000-ci ildə Hanoverdə "EKSPO-2000" sərgisinin açılışında konsert proqramında iştirak etmiş, 2001–2002-ci illərdə Türkiyə, Moskva, Strassburq, Avstriya, 2003-cü ildə Almaniyada "Azərbaycan Mədəniyyət Günləri"ndə, 2004-cü ildə Yekaterinburqda "Novruz şənliklərində", 2005-ci ildə yenə də Avstriyanın Vyana şəhərində "Azərbaycan Mədəniyyəti Günləri"ndə, Moldovanın Kişinyov şəhərində "Mersi-Şor" adlı Beynəlxalq Musiqi Festivalında Azərbaycan mədəniyyətini təmsil etmişdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 08, 2026

    Tehran ostanı

  • Aprel 03, 2026

    Mixail Qorbaçov

  • Aprel 05, 2026

    Aşşur (tanrı)

  • Mart 26, 2026

    Böyük ipək yolu

  • Aprel 09, 2026

    Nizki adası

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst