Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rauf Həbibov (1 aprel 1965, Lənkəran) — Quba Rayon İcra Hakimiyyətinin başçısı (1 oktyabr 2007–2 mart 2012); 2012-ci ildəki Quba üsyanının əsas səbəbkarı.

Rauf Həbibov

Vikipediya, azad ensiklopediya
Rauf Həbibov
Quba Rayon İcra Hakimiyyətinin başçısı
1 oktyabr 2007 2 mart 2012
ƏvvəlkiƏrziman Əliyev
SonrakıMübariz Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1965(1965-04-01) (61 yaş)
Doğum yeri
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fəaliyyəti siyasətçi

Rauf Həbibov (1 aprel 1965, Lənkəran) — Quba Rayon İcra Hakimiyyətinin başçısı (1 oktyabr 2007–2 mart 2012); 2012-ci ildəki Quba üsyanının əsas səbəbkarı.

Həyatı

Rauf Xeyrulla oğlu Həbibov 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub.

Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb.

1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, "Günəş" kiçik müəssisəsinin direktoru, "Müstəqil Balbelan" müəssisəsinin direktor müavini vəzifələrində işləyib.

1 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

2012-ci ilin fevral ayının sonlarında Rauf Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq mart ayının 1-də Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirilib. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib.

2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.

Həmçinin bax

  • Quba üsyanı (2012)
Üst