Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rafail Becanov (2 iyul 1968, Odurakəran, Yardımlı rayonu) — "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru.

Rəfail Becanov

Vikipediya, azad ensiklopediya
Rəfail Becanov
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1968(1968-07-02) (58 yaş)
Doğum yeri
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi (1989–1995),
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995–2003),
  • Milli Cəbhə Partiyası (2020-ci ildən)
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Fəaliyyəti jurnalist
Təltifləri "Tərəqqi" medalı "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı

Rafail Becanov (2 iyul 1968, Odurakəran, Yardımlı rayonu) — "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru.

Həyatı

Rəfail Zəkəriyyə oğlu Becanov 2 iyul 1968-ci ildə Yardımlı rayonunun Odurağaran kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. 1986–1993-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb.

Eyni zamanda 1990–1992-ci illərdə ADAU-nun nəzdindəki İctimai Peşə Fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb və ikiillik kursu bitirib.

Evlidir. 2 övladı var.

Fəaliyyəti

1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü və Milli Azadlıq Hərəkatının fəallarından, Gəncə şəhərində tələbə hərəkatının liderlərindən olub. 1992-ci il dekabrın 12-də keçirilən Azərbaycan Respublikası Tələbələrinin 1-ci Qurultayının Təşkilat Komitəsinin üzvü və Qurultayın həmsədri olub.

1993-cü ildən jurnalistikadadır. 1993–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İnformasiya Mərkəzinin əməkdaşı olub. 1993-cü ildən "Cümhuriyət" qəzetinin müxbiri, 1997-ci ildən "Cümhuriyət" qəzetinin redaktoru işləyib. 2000–2003-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mətbuat Xidmətinin rəhbəri olub. 2003–2008-ci illərdə "Elçi" qəzetində redaktor vəzifələrində işləyib. 2008–2012-ci illərdə "Ölkə" qəzetinin baş redaktoru olub. 2006-cı ildən İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədridir.

2007–2011-ci illərdə Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının Şura üzvü, 2012–2014-cü illərdə Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının həmsədri olub.

2015-ci ildə "Cümhuriyət" qəzetini yenidən bərpa edib və həmin zamandan baş redaktordur. 2015-ci ildən "Cebhe.info" Xəbər Portalının direktorudur. 2018–2022-ci iliərdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü olmuşdur.

19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan etmişdir. 27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımamış, 18 oktyabr 2015-ci ildə qurultay keçirmişdir və Razi Nurullayevi AXCP sədri seçilmişdir. Rəfail Becanov da bu qurultayda iştirak etmiş və qurultay sədarətinin üzvü olmuşdur.

Razi Nurullayevin sədrlik etdiyi AXCP adını Milli Cəbhə Partiyası olaraq dəyişmişdir. 7 dekabr 2023-cü il tarixində Rəfail Becanov Milli Cəbhə Partiyası Nəzarət-Təftiş Komissiyasının üzvü seçilmişdir.

2021–2025-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yanında İctimai Şuranın üzvü olub.

21 iyul 2025-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

2025-ci ildə media sahəsinin inkişafında xüsusi xidmətlərinə görə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Üst