| Rəşad Sadiqov | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Tam adı | Rəşad Əbülfəz oğlu Sadiqov | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 8 oktyabr 1983 (42 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri |
| |||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı |
| |||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 177 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 68 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub | | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Nömrəsi | 6 | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəşad Sadiqov (8 oktyabr 1983, Yengicə, Naxçıvan MSSR) — Azərbaycan futbolçusu. Mövqeyi yarımmüdafiəçidir. Hazırda Qəbələ klubunda çıxış edir.
Həyatı
Rəşad Sadiqov 8 oktyabr 1983-cü il Naxçıvan MSSR Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Daha sonra Sadiqovlar ailəsi Buzovnaya köçüb. Rəşad 8 yaşından futbolla məşğul olmağa başlayıb. İlk məşqçisi İlham Qurbanov olub. Bir neçə il Buzovnada məşq etdikdən sonra İslam Kərimovun rəhbərliyi altında çıxış edib.
Rəşad Sadiqov orta təhsilini Buzovnada yerləşən 26 saylı məktəbdə alıb. Bir çox idmançılar kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Ailəlidir. 2 oğlu 1 qizi var.
Karyerası
İlk peşəkar klubu Xəzri Buzovna komandası olub. 14-15 yaşında bu klubun heyətində oyunlara çıxıb. 2000-2002-ci illərdə Şəfa Bakının şərəfini qoruyub. 2002-ci ildə Neftçi Bakı klubuna keçib. 2004/2005 mövsümündə MOİK Bakı klubunda çıxış edib və yenidən Neftçi Bakı klubuna qayıdıb. Ümumilikdə 5 mövsümü Neftçi Bakı klubunda keçirən futbolçu alman mütəxəssis Yurgen Gedenin "qara siyahısına" düşüb və 2009-cu ildə Qarabağ klubuna transfer olunub. 2012-ci il yay transfer dönəmində Neftçi Bakı klubuna keçib.
Statistika
1 fevral 2015 məlumatları
| Klub karyerası | Liqa | Kubok | Qitə | Cəmi | ||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| Mövsüm | Klub | Liqa | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol |
| Azərbaycan | Liqa | Azərbaycan Kuboku | Avropa | Cəmi | ||||||
| 1998-99 | Bakı Fəhləsi | APL | 1 | 0 | 0 | 0 | — | 1 | 0 | |
| 2000-01 | Şəfa Bakı | 1 | 0 | 0 | 0 | — | 1 | 0 | ||
| 2001-02 | 22 | 0 | 0 | 0 | — | 22 | 0 | |||
| 2003-04 | Neftçi Bakı | 16 | 0 | 0 | 0 | — | 16 | 0 | ||
| 2004-05 | 0 | 0 | 0 | 0 | 4 | 0 | 4 | 0 | ||
| 2004-05 | MOİK Bakı (Loan) | 28 | 1 | 0 | 0 | — | 28 | 1 | ||
| 2005-06 | Neftçi Bakı | 23 | 2 | 0 | 0 | 1 | 0 | 24 | 2 | |
| 2006-07 | 24 | 0 | 0 | 0 | — | 24 | 0 | |||
| 2007-08 | 19 | 0 | 0 | 0 | 2 | 0 | 21 | 0 | ||
| 2008-09 | 4 | 0 | 0 | 0 | 5 | 2 | 9 | 2 | ||
| 2008-09 | Qarabağ | 13 | 0 | 0 | 0 | — | 13 | 0 | ||
| 2009-10 | 25 | 2 | 2 | 0 | 6 | 0 | 33 | 2 | ||
| 2010-11 | 32 | 4 | 1 | 0 | 8 | 1 | 41 | 5 | ||
| 2011-12 | 24 | 2 | 5 | 0 | 5 | 2 | 34 | 4 | ||
| 2012-13 | Neftçi Bakı | 28 | 5 | 5 | 0 | 12 | 2 | 45 | 7 | |
| 2013-14 | 7 | 1 | 0 | 0 | 2 | 0 | 9 | 1 | ||
| 2014-15 | Xəzər-Lənkəran | 15 | 0 | 0 | 0 | - | 15 | 0 | ||
| Qəbələ | 1 | 0 | 0 | 0 | - | 1 | 0 | |||
| Karyera cəmi | 307 | 19 | 18 | 0 | 45 | 7 | 370 | 26 | ||
- Vikipediya:Köhnəlmiş məqalələr
- 8 oktyabrda doğulanlar
- 1983-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Şərur rayonunda doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Futbolçu qaralamaları
- Azərbaycan futbolçuları
- Azərbaycan milli futbol komandasının oyunçuları
- Neftçi PFK futbolçuları
- Qarabağ FK futbolçuları
- Azərbaycanın kişi futbolçuları
- MOİK Bakı FK futbolçuları
- Şamaxı FK futbolçuları
- Qəbələ FK futbolçuları
- Azərbaycan U-21 milli futbol komandasının oyunçuları
- Xəzər-Lənkəran FK futbolçuları
- Zirə FK futbolçuları
- Azərbaycan Premyer Liqası futbolçuları
- Azərbaycan milli gənclər futbol komandasının oyunçuları
- Şəfa FK futbolçuları
- Kişi futbol yarımmüdafiəçiləri
- 2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar
- Azərbaycanlı şiə müsəlmanları