| Sürəyya Tatevyan | |
|---|---|
| |
| Doğum adı | Sürəyya Kərim qızı Kərimova |
| Doğum tarixi | 22 yanvar 1937 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 16 iyul 2015 (78 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Atası | Kərim Kərimov |
| Elmi dərəcəsi |
|
| İş yeri |
|
| Təhsili |
|
| Mükafatları | |
Sürəyya Kərim qızı Tatevyan (qızlıq soyadı: Kərimova; rus. Сурия Керимовна Татевян; 22 yanvar 1937, Bakı – 16 iyul 2015, Moskva) — rusiyalı geodeziyaçı-astronom alim, Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun aparıcı elmi işçisi, texnika elmləri doktoru.
Həyatı
Sürəyya 22 yanvar 1937-ci ildə Bakı şəhərində, sovet artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991), həmçinin Sovet kosmik proqramının banilərindən biri olmuş Kərim Kərimovun ailəsində dünyaya gəlmişdir. Anası Zara Kərimova sonralar Moskvada orta məktəblərin birində kimya müəlliməsi kimi çalışıb. Onun adını ata nənəsinin şərəfinə qoyublar. Qızı dünyaya gələndə Kərim Kərimov birinci kurs tələbəsi idi.
Sürəyya orta təhsilini Moskva şəhərində alıb. Sonra Moskva Geodeziya, Aerofotoqrafiya və Kartoqrafiya Mühəndisləri İnstitutunun (indiki Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti) geodeziya fakültəsinə daxil olub. 1960-cı ildə astronomik-geodeziya ixtisası üzrə oranı bitirib.
İnstitutu bitirdikdən sonra SSRİ Nazirlər Soveti yanında Geodeziya və Xəritəçəkmə Baş İdarəsində distribütor işləyib. Bu qurumun tərkibində Sibirdə çalışmış, burada çöl-tədqiqat işlərində iştirak etmişdir.
1961-ci ildə SSRİ Elmlər Akademiyasının Astronomiya Şurasında elmi işçi kimi peşəkar fəaliyyətə başlayıb. 1968-ci ildə o, Moskva Geodeziya, Aerofotoqrafiya və Kartoqrafiya Mühəndisləri İnstitutunda peyk geodeziyası və səma mexanikası sahəsində texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Bir neçə ildən sonra Suriya Tatevyan Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun Kosmik Geodeziya və Geodinamika şöbəsinin müdiri təyin edilib və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.
1998-ci ildə "Müasir geodinamika üçün kosmik geodeziya üsullarından istifadə" mövzusunda texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Sürəyya Tatevyan 2015-ci il iyulun 16-da qəflətən vəfat edib. 78 yaşlı alimin cəsədi öz vəsiyyətinə uyğun olaraq kremasiya olunub. Külünün olduğu qab iyulun 20-də Moskvanın Vaqankovo qəbiristanlığında, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Şəxsi həyatı
Sürəyya Tatevyan tələbə yoldaşı — geodeziyaçı-astronom, böyük elmi işçi Ruben Arşaviroviç Tatevyan ilə ailəli olub.
Mükafatları
"Əmək igidliyinə görə" medalı — Elm və texnika sahəsində yüksək nailiyyətlərə görə.
- 22 yanvarda doğulanlar
- 1937-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 16 iyulda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- 78 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Vaqankovo qəbiristanlığında dəfn olunanlar
- Texnika elmləri doktorları
- Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin məzunları
- "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Rusiya azərbaycanlıları
