Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Təzəkənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.

Təzəkənd (İsmayıllı)

40°44′46″ şm. e. 48°16′16″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Təzəkənd
40°44′46″ şm. e. 48°16′16″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.520 nəf.
Xəritəni göstər/gizlə
Təzəkənd xəritədə
Təzəkənd
Təzəkənd

TəzəkəndAzərbaycan Respublikasının İsmayıllı rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Təzəkənd kəndi adından da göründüyü kimi elə də qədim tarixə malik olan kənd deyil. 1936-cı ildə yaranıb.Kəndin köhnə adı Tat dilində Nügədi(Nüg-Təzə, Di-Kənd) olmuşdur.Ötən əsrin əvvəllərində dağ kəndlərində yaşayan əhali yavaş–yavaş məskən salmaq üçün bu kəndin aşağı hissəsinə Qazmalar yeri deyilən (indi camaat ora Heyvalıq deyir) əraziyə köç edib. 1936-cı ildə isə hal–hazırkı ərazidə Təzəkənd kəndini qurublar. Əhali əsasən Müdri, Həftəsov, Müdirsə, Mişgəmir, Kəlfərəc, Zanqı və s. kimi kəndlərdən gəlmələrdir. Bakı–İsmayıllı yolu üzərində, Girdimançayın yaxınlığında (şimala baxanda sol tərəfində) yerləşir. Rayon mərkəzindən 12 km aralıqdadır. Kəndin yuxarı hissəsindən geniş meşə zolağı başlayır. Yerli əhali istirahət üçün "Suyun gözü" deyilən yeri əlverişli yer hesab edir. Kənddə tibb məntəqəsi, on bir illik məktəb, ATS, poçt məntəqəsi, uşaq baxçası və məscid fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq, meyvəçilik, bostançılıq, üzümçülük və s.ibarətdir. Kəndin şimal–qərb hissəsində şirin su tutumlu Vəlbinə gölü yerləşir.

Əhalisi

Əhalisi 1577 nəfərdir ki, onun da 784 nəfəri kişi, 793 nəfəri qadındır.Əhalisinin əksəriyyəti Tatlar yaşayan dağ kəndlərindən gələnlərdir.

Tanınmışları

  • Nizami Cəfərov (geoloq) — Qazaxıstan alimi.
  • Fazil Əmirli — Riyaziyyatçı.

Həmçinin bax

Üst