Səlcuq Bayraqdaroğlu (türk. Selçuk Bayraktaroğlu; 9 mart 1961) — Türkiyə hərbi xadimi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (2025-ci ildən), ordu generalı (2021).
| Səlcuq Bayraqdaroğlu | |
|---|---|
| türk. Selçuk Bayraktaroğlu | |
| |
Vəzifədədir | |
| 5 avqust 2025-ci ildən | |
| Əvvəlki | Mətin Gürak[d] |
| 3 avqust 2023 – 5 avqust 2025 | |
| Əvvəlki | Musa Avsevər[d] |
| Sonrakı | Mətin Tokel[d] |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 9 mart 1961 (65 yaş) |
| Təhsili |
|
| Fəaliyyəti | zabit |
| Uşağı | 2 |
| Hərbi xidmət | |
| Qoşun növü | Türkiyə Quru Qoşunları |
| Rütbəsi | |
| Təltifləri | |
Həyatı
Səlcuq Bayraqdaroğlu 9 mart 1961-ci ildə Artvin ilinin Yusufeli ilçəsinin Kılıçkaya qəsəbəsində anadan olub. 1977-ci ildə Kuleli Hərbi Liseyini, 1981-ci ildə Quru Qoşunları Hərbi Məktəbini, 1982-ci ildə Rabitə və Elektron İnformasiya Sistemləri Məktəbi və Təlim Mərkəzini, 1993-cü ildə Quru Qoşunları Hərbi Akademiyasını bitirib. 1997-ci ildə isə Silahlı Qüvvələr Akademiyasını bitirib.
1993–1995-ci illərdə 41-ci piyada briqadası və 121-ci komando alayında (Tunceli, Bingöl, həmçinin 4 ay İraqın şimalında) kəşfiyyat və əməliyyatlar şöbəsinin rəisi, 1995–1998-ci illərdə Quru Qoşunları Komandanlığının Şəxsi Heyət İdarəsində layihə zabiti, 1998–1999-cu illərdə Azərbaycan Respublikasının Naxçıvandakı Ordu Qərargahında qərargah zabiti olaraq xidmət keçmişdir.
1999–2001-ci illərdə Kipr Türk Sülhməramlı Qüvvələri alayında və Şimali Kipr Türk Respublikasında yerləşən 39-cu mexanikləşdirilmiş piyada diviziyasında piyada taborunun komandiri olmuş, 2001–2004-cü illərdə Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış İdarəsində şöbə rəisi, 2004–2005-ci illərdə Uzunköprüdə yerləşən 4-cü mexanikləşdirilmiş piyada briqadasında briqada komandirinin müavini, 2005–2009-cu illərdə isə Baş Qərargahın Kəşfiyyatın Təhlili və Qiymətləndirilməsi üzrə 2-ci İdarəsinin əsaslı təhlil şöbəsinin rəisi vəzifələrində çalışmışdır.
2009-cu ildə Səlcuq Bayraqdaroğluna general-mayor (tuğgeneral) ali hərbi rütbəsi verilib. Bu rütbədə 2009–2011-ci illərdə 9-cu motorlu piyada briqadasına, 2011–2013-cü illərdə isə Quru Qoşunlarının Logistika Komandanlığında Sursat Komandanlığına rəhbərlik edib.
2013-cü ildə general-leytenant (tümgeneral) rütbəsinə yüksəlib. 2013–2014-cü illərdə Baş Qərargahın Rabitə və Elektron İnformasiya Sistemləri və Kibertəhlükəsizlik Komandanlığına rəhbərlik edib və 2014–2016-cı illərdə Quru Qoşunların 3-cü Ordu Korpusunun qərargah rəisi olub.
2016-cı ildə general-polkovnik (korgeneral) rütbəsinə yüksəlib və Baş Qərargahın Şəxsi Heyət İdarəsinə rəis təyin olunub. 9 yanvar 2020-ci ildə Mətin Gürakın Türkiyə Silahlı Qüvvələrində Liviya üzrə vəzifəyə təyin edilməsi ilə əlaqədar olaraq Baş Qərargah rəisinin müavini vəzifəsini müvəqqəti icra etməyə başlayıb. 24 avqust 2021-ci ildə bu vəzifəyə rəsmi olaraq təsdiq edilib və həmin ay ona ordu generalı (orgeneral) rütbəsi verilib.
24 dekabr 2021-ci ildə Türkiyənin milli müdafiə naziri Hulusi Akar tərəfindən xidmətlərinə görə Türkiyə Silahlı Qüvvələrinin üstün xidmət medalı ilə təltif olunub.
16 avqust 2023-cü ildə Quru Qoşunları komandanı vəzifəsinə başlayıb. 5 avqust 2025-ci il tarixli Türkiyə Respublikası Prezidentinin Fərmanı ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib.
Hürriyyət Bayraqdaroğlu ilə evlidir. İki övladı var.
