Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əhmədli Sabir Məhəmməd oğlu (10 iyul 1930, Cəbrayıl – 17 aprel 2009, Bakı) — nasir, publisist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın

Sabir Əhmədli

Vikipediya, azad ensiklopediya
Sabir Əhmədli
Sabir Məhəmməd oğlu Əhmədli
Doğum adı Sabir Əhmədov
Doğum tarixi 10 iyul 1930(1930-07-10)
Doğum yeri
  • Cəbrayıl, Azərbaycan
Vəfat tarixi 17 aprel 2009(2009-04-17) (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Fəaliyyəti dramaturq, ssenarist, nasir, publisist
Əsərlərinin dili Azərbaycan dili
Janr povest
İlk əsəri "Poçtalyon"
Mükafatları "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 1992 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984
"Xalqlar dostluğu" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Əhmədli Sabir Məhəmməd oğlu (10 iyul 1930, Cəbrayıl – 17 aprel 2009, Bakı) — nasir, publisist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984), Prezident təqaüdçüsü.

Həyatı və fəaliyyəti

Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.

1951–1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955–1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdir. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956–1993), baş redaktor (1993–1996) işləmişdir.

1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir.

Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1961-ci ildə onun "Bir payız axşamı" kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilmişdir.

Qarabağ hadisələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri — "Qarabağın gecikmiş yazı", "Qarabağın qarlı səngərləri" "Ədəbiyyat və incəsənət" qəzetində 1992–1993-cü illərdə dərc edilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.

  • İkinci Dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşı idi.
  • Oğlu Məhəmməd Əhmədov 1994-cü il fevral ayının 12-də ad günündə Murovda şəhid olub.

Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat etmişdir.

Kitabları

  • "Kütlə"
  • "Axirət sevdası"(2003)
  • "Şəhid ruhu"(2004)

Mükafatları

  • "Əmək şöhrətinə görə" medalı ilə təltif edilmişdir (1975)
  • "Əməkdar incəsənət xadimi" fəxri adı (1984)
  • "Qızıl sünbül" ədəbi mükafatı laureatı (1991)
  • "Azərbaycanın Xalq yazıçısı" fəxri adı (1992)
  • "Xalqlar Dostluğu" ordeni
  • "Qırmızı əmək bayrağı" ordeni

Əsərləri

  • "Aran" ikihissəli roman (1962)
  • "Pillələr" (1964)
  • "Görünməz dalğa" (1966)
  • "Yamacda nişanə" (1973)
  • "Toğana" (1981)
  • "Yasamal gölündə qayıqlar üzürdü" (1984)
  • "Mavi günbəz" povestlər (1984)
  • "Dünyanın arşını" (1985)
  • "Gedənlərin qayıtmağı" (1985)
  • "Yasaq edilmiş oyun" (1988)
  • "Kütlə" (1999)
  • "Yanvar hekayələri" (1992)
  • "Uyuq” (2008)
  • “Yazılmayan yazı” (2010, 2015)

Filmoqrafiya

  1. Evlənmək istəyirəm (film, 1983)
Üst