Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sahil metrostansiyası — Bakı Metropolitenində stansiya. Stansiyaya daxil olan qatarlarda Liman musiqisindən fraqment səslənir.

Sahil metrostansiyası

  • Ana Səhifə
  • Sahil metrostansiyası

Sahil metrostansiyası — Bakı Metropolitenində stansiya. Stansiyaya daxil olan qatarlarda Liman musiqisindən fraqment səslənir.

Sahil

1-ci xətt
Bakı metrosu
Xəritə
40°22′18″ şm. e. 49°50′40″ ş. u.HGYO
Rayon Səbail
Açılış tarixi 6 noyabr 1967
Keçmiş adları 26 Bakı Komissarı
İnşaat tipi dərin özüllü, üç tağtavanlı, pilonlu
Platformaların sayı 1
Platformanın tipi ada
Platformanın forması düz
Memarları Martin Tovmasyan
Abram Surkin
Çıxdığı küçələr Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti
Nəqliyyat Bus transport 5, 10, 18, 88, 125, 149, E1, E2 nömrəli avtobuslar
İş rejimi 06:00—00:00
Qonşu stansiyalar İçərişəhər, 28 May
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
[
  • b
  • m
  • r
]
Qırmızı xətt
Legend
İçərişəhər
Sahil
Cəfər Cabbarlıya
28 May
Gənclik
Nəriman Nərimanov
Bakmil, Nərimanov deposu
Ulduz
Koroğlu
Qara Qarayev
Neftçilər
Xalqlar Dostluğu
Əhmədli
Həzi Aslanov

Mündəricat

Tarixi

6 noyabr 1967-ci ildə istismara verilmişdir. "Bakı Soveti-Nərimanov" yol mənzili sahəsində açılmış ilk 5 stansiyadan biridir. İlk adı "26 Bakı komissarı" olduğundan, stansiyanın inşaatında bu mövzu əsas götürülmüşdü. Stansiyanın pilonları metalla büllur şüşənin xəlitəsindən hazırlanmış mozaika ilə örtülmüşdü. Bu xüsusda orta zalın soffit işıqlandırılması da xüsusi təsir bağışlayırdı. Stansiya yollarında lüminesent işıqlandırma armaturları pilonların üstündə dalğavari pərvaz konstruksiyanın içində yerləşdirilərək, xəfif dalğa effektini də verir. 1993-cü ildə orta yarımdairə tikili üzərində zalda smaltadan "Dəniz lövhələri" adlı mozaik panno quraşdırılıb. Onun mövzusunda dəniz üzərində qürub edən günəş təsvir olunub. Günbəzin yuxarı vestibülü yerüstü tikilinin birinci mərtəbisinə yerləşdirilmiş iki stansiyadan biridir. Bu, üzərində ticarət mərkəzi inşa olunmuş ilk stansiyadır. Stansiyada LT-3 tipli eskalatorlar istismar olunur. Maili gedişin tavanı 2003-cü ildə rekonstruksiya olunub. Stansiyaya daxil olan qatarlarda Adil Nəsibin sözlərinə Rəşid Nəsiboğlunun bəstələdiyi "Liman" mahnısından fraqment səslənir.

Metronun "Sahil" stansiyası 20 avqust 2017-ci il tarixində, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il, 1408 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramında stansiyaların yenidən qurulması, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz olunması məqsədilə bağlanmışdır.

Stansiya 7 iyun 2018-ci il tarixində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Təmir müddətində, stansiyanın platforması əsaslı təmir edilmiş, döşəmə tavası sökülərək yenidən qurulmuş, pilonlararası keçidlərdə döşəmə örtüyünün tavası dəyişdırılmiş, "LT-3" tipli 3 eskalator sökülmüş, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılmışdır, stansiya yollarında plaftorma döşəməsinin qranit üzlüyü ilə yanaşı, alt tavası dəyişdirilmişdir.

7 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın açılışında iştirak etmiş, yenidənqurma işləri ilə tanış olmuşdur.

Qalereya


←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Qurban Səid

  • Mart 26, 2026

    Əbülfəz Elçibəy

  • Mart 28, 2026

    Xarıbülbül (simvol)

  • Mart 26, 2026

    İsa Həbibbəyli

  • Mart 26, 2026

    Qədim Roma

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst