| Samvel Şahramanyan | |
|---|---|
| Samvel Sergeyoviç Şahramanyan erm. Սամվել Սերգեյի Շահրամանյան | |
| 10 sentyabr 2023 – 4 oktyabr 2023 | |
| Əvvəlki | Arayik Harutyunyan Davit İşxanyan (s.i.) |
| Sonrakı | vəzifə ləğv olunub |
| 31 avqust 2023 – 10 sentyabr 2023 | |
| Əvvəlki | Qurgen Nersisyan |
| Sonrakı | Artur Arutyunyan |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 dekabr 1978 (47 yaş) |
| Doğum yeri |
|
| Fəaliyyəti | siyasətçi |
| Uşağı | 3 |
| Rütbəsi |
|
| Təltifləri | |
Samvel Sergeyi Şahramanyan (erm. Սամվել Սերգեյի Շահրամանյան; 1 dekabr 1978, Xankəndi) — Ermənistan siyasətçisi və dövlət xadimi, DQR-nin keçmiş dövlət naziri (31 avqust 2023 – 10 sentyabr 2023), başçısı (10 sentyabr 2023 — 4 oktyabr 2023). O, əvvəllər qondarma DQR-nin Milli Təhlükəsizlik Xidmətinin direktoru, Ermənistan hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olmuşdur. General-mayordur.
Həyatı
Samvel Sergeyoviç Şahramanyan 1 dekabr 1978-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. O, İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olmuşdur, 1998-ci ildə Xankəndi Universitetinə keçmiş və 1999-cu ildə oranı bitirmişdir.
Şahramanyan 1996–1999-cu illərdə Qarabağda silahlı dəstələrdə xidmət etmişdir. O, 1999–2008-ci illərdə Rusiyada xidmət etmişdir. Şahramanyan Rusiya tərəfindən silahlanan DQR-nin milli təhlükəsizlik xidmətinin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri kimi xidmət etmişdir.
29 may 2020-ci il tarixdə general-mayor olmuşdur.
- 1 dekabrda doğulanlar
- 1978-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Xankəndidə doğulanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ermənistan siyasətçiləri
- Dağlıq Qarabağ Respublikasının Prezidentləri