| Mikayıl Allahverdiyev | |
|---|---|
| |
| 13 aprel 1964 – 30 iyun 1971 | |
| Əvvəlki | Əli İbrahimov |
| Sonrakı | Hilal Əsədov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1908 (117–118 yaş) |
| Partiya |
|
| | |
| Təltifləri | |
Mikayıl İbrahim oğlu Allahverdiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri (1964–1971).
Həyatı
Mikayıl Allahverdiyev 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bitirmişdir. O, 1926-cı ildən fəhlə fakültəsinin tələbəsi, Xalq Ədliyyə Komissarlığının təşkilat idarəsində katib olmuşdur.
Mikayıl Allahverdiyev 1933–1941-ci illərdə bir sıra neft sənayesi müəssisələrində, eləcə də respublika Dövlət Plan Komitəsində şöbəsi rəisi işləmişdir. 1941–1945-ci illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra, 1946-cı ildən Azərbaycan boru-prokat zavodu direktorunun müavini müavini olmuş, 1947–1951-ci illərdə Dövlət Plan Komitəsində şöbə rəisi və sədr müavini vəzifələrində çalışmışdır.
1952–1958-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim və dekan işləyən Mikayıl Allahverdiyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsində idarə rəisi, komitə sədrinin müavini olmuşdur. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri təyin edilmişdir.
Mikayıl Allahverdiyev 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinə (7-ci çağırış) deputat seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı verilmişdir.
- 1908-ci ildə doğulanlar
- Yaşayan insanlar
- 100 il və daha artıq yaşayanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan SSR əməkdar iqtisadçıları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrləri
