| Sarıtəpə | |
|---|---|
| 40°54′08″ şm. e. 45°59′10″ ş. u.HGYO | |
| Ölkə |
|
| Sarıtəpə | |
Sarıtəpə — Azərbaycan Respublikasının Şəmkir rayonunun Sarıtəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Dəllər Cəyir kənd inzibati ərazi vahidinin tərkibindəki yeni yaşayış məntəqəsi Sarıtəpə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
Tarixi
Kənd 1988-ci ildə Orta Asiyadan qovulan Axısqa Türkləri üçün salınmışdır. İlk adı Şəmkir kəndi olub, sonra isə dəyişdirilib Sarıtəpə qoyulmuşdur.
Əhalisi
Kənd əhalisi 2289 nəfərdir ki, onunda 49% kişi, 51% isə qadınlar təşkil edir. Əhalisini əsasən axısqa türkləri təşkil edir.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Şəmkir rayonu qaralamaları
- Şəmkir rayonunun kəndləri
