| Seyfəddin Qurbanov | |
|---|---|
| | |
| Doğum tarixi | 19 oktyabr 1962 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 16 noyabr 2021 (59 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | Koronavirus xəstəliyi |
| Dəfn yeri |
|
| Milliyyəti | azərbaycanlı |
| Fəaliyyəti | rəssam, memar |
| Təhsili |
|
| Mükafatları | |
| seifaddin.com.ua | |
Seyfəddin Əli oğlu Qurbanov (19 oktyabr 1962, Siyaqut, Naxçıvan MSSR – 16 noyabr 2021, Türkiyə) — azərbaycanlı heykəltaraş, memar, Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü. Ukraynanın Xalq Rəssamı, dosent. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltaraşlıq kafedrasının müdiri
Həyatı
Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.
1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirmişdir. Xarkov Dovlət Dizayn və İncəsənət Akademiyasının Heykəltaraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlamışdır. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin muəllifidir.
2004-cu ildə "Ukraynanın Əməkdar rəssamı", 2010-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Əsərləri
2019-cu ildə Kiyevdə Nəsiminin heykəltaraş Seyfəddin Qurbanov tərəfindən hazırlanan heykəli ucaldılıb.
- 19 oktyabrda doğulanlar
- 1962-ci ildə doğulanlar
- Şərur rayonunda doğulanlar
- 16 noyabrda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- 59 yaşında vəfat edənlər
- Türkiyədə vəfat edənlər
- Xarkovda ikinci şəhər qəbiristanlığında dəfn olunanlar
- Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının məzunları
- Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Ukraynanın xalq rəssamları
- Ukraynanın əməkdar rəssamları
- Azərbaycan Respublikasının əməkdar rəssamları
- Əlifba sırasına görə rəssamlar
- Ukrayna heykəltaraşları
- Azərbaycanlı heykəltaraşlar
- Ukrayna memarları
- Azərbaycanlı memarlar
- Ukrayna azərbaycanlıları
- Naxçıvanda doğulanlar
- Yaşayan insanlar