| Seyfəddin Rzasoy | |
|---|---|
| Doğum adı | Seyfəddin Gülverdi oğlu Rzayev |
| Doğum tarixi | 1 avqust 1961 (65 yaş) |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Elmi dərəcəsi |
|
| Elmi adı |
|
| İş yeri |
|
| Təhsili |
|
| Elmi rəhbəri | Mürsəl Həkimov |
| Mükafatları | |
Seyfəddin Rzasoy (tam adı: Seyfəddin Gülverdi oğlu Rzayev; 1 avqust 1961, Bəydili, Puşkin rayonu) — folklorşünas, mifoloq, ədəbiyyatşünas, ritualşünas filologiya elmləri doktoru, professor. "Tərəqqi" medalı mükafatçısı (2025); AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin şöbə müdiri.
Həyatı
Seyfəddin Rzayev, 1961-ci il avqustun 1-də Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. 1977-ci ildə Biəsuvar rayonu, Bəydili kəndində Şıxəli Qurbanov adına məktəbi bitirmişdir. 1980–1982-ci illərdə Sovet ordusu sıralarında Sevastopol şəhərində hərbi xidmətdə olmuşdur.
1982–1986-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1986–1991-ci illərdə Biləsuvar rayonu Əliabad kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına qəbul olaraq, Bakı şəhərinə köçmüşdür.
Ailəsi
Evlidir. 2 övladı, 4 nəvəsi var.
Elmi fəaliyyəti
Seyfəddin Rzasoy 1996-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb.
1997-ci ildə Mürsəl Həkimovun rəhbərliyi ilə "Nizami "Yeddi gözəl"i mətnində dünya modeli və onun mifoloji qurumu" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işinin müdafiəsinə görə "Azərbaycan ədəbiyyatı" və "Ədəbiyyat nəzəriyyəsi" ixtisaslarında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Seyfəddin Rzayev 2003-cü ildə AMEA Folklor İnstitutunda Mifologiya şöbəsinin müdiri vəzifəsində çalışmağa başlamış və hal-hazırda da şöbə müdiri vəzifəsində fəaliyyət göstərir.
S.Rzayev 2010-cu ildə "Folklorşünaslıq" ixtisasında dosent, O, 2013-cü ildə "Oğuz mifinin strukturu (oğuz mətnləri əsasında semiotik bərpa)" mövzusunda dissertasiya işinin müdafiəsinə görə "Folklorşünaslıq" ixtisasında filologiya elmləri doktoruelmi dərəcəsini almışdır. 2019-cu ildə isə Professor adını almışdır.
Seyfəddin Rzasoy dəfələrlə Respublika, regional və beynəlxalq səpkili elmi konfrans, simpozium və konqreslərdə elmi məruzələrlə çıxış etmiş, Respublikanın müxtəlif ali məktəblərində və elm ocaqlarında "Azərbaycan folkloru", "Qərbi Azərbaycanda aşıq yaradıcılığı: milli yaddaş və tarix", "“Kitabi-Türkman lisani” oğuznaməsi” və s. mühazirələr oxumuşdur. Onun elmi fəaliyyəti əsasən Oğuz mifologiyası, Türk folkloru, 'Dədə Qorqud' eposu, Nizami Gəncəvi yaradıcılığı və Novruz kimi milli bayramların tədqiqinə yönəlmişdir. Tədqiqat istiqamətlərinin konseptual çərçivəsi mifogenəz, etnogenez, semiotika və transmediativ yanaşmaları əhatə edir, bu da onun işlərində nəzəri-metodoloji dərinliyi təmin edir.
S.Rzayev uzun müddət AMEA Folklor İnstitutunun nəzdində Dissertasiya Şurasının həmsədri və sədri olmuşdur.
Seyfəddin Rzasoy fəlsəfə və elmlər doktoru dissertasiyalarına rəhbərlik etmiş və hal-hazırda da rəhbərlik etməkdədir. Onlardan 14 nəfər fəlsəfə doktoru ixtisası, 4 nəfər elmlər doktoru ixtisası üzrə müdafiə edərək diplomlarını almışlar.
Folklorşünaslıq, mifologiya, ritualşünaslıq və ədəbiyyatşünaslıq sahələri ilə baglı 20-dən çox kitabın, 300-dən çox məqalənin müəllifidir.
Pedaqoji fəaliyyəti
S.Rzayev elmi fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyəti də genişdir. O, 1986-1991-ci illərdə Biləsuvar rayonu Əliabad kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim işləmişdir. Daha sonra isə 1991-1996-cı illər tarixində isə Sabunçu rayonu 22 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışmışdır.
Azərbaycan folklorunun müxtəlif problemlərinə həsr olunmuş 300-dən artıq elmi əsərin, o cümlədən 20-dən çox monoqrafiyanın müəllifidir.
Elmi əsərləri
Seyfəddin Rzasoyun Google Scholar platformasındakı elmi əsərlərinə 66 istinad edilmiş, H-indeksi 6 və i10-indeksi isə 1-dir. Rzasoy 15-dən çox kitab və 300-dən çox elmi məqalələrin müəllifidir. Onun elmi fəaliyyəti əsasən mifologiya, o cümlədən Kitabi-Dədə Qorqud və dastanların tədqiqinə yönəlmişdir. Tədqiqat maraqlarına Sədnik Paşa Pirsultanlı, Azərbaycan folklorşünaslığı, Qəzənfər Paşayev və Nizami Gəncəvinin əsərləri də daxildir. Elmi əsərlərindən bəziləri aşağıdakılardır:
- İslam Ağayev: ömür və yaradıcılıq etüdləri. Bakı, “Tural-Ə” NPM, 2002, 121 s.
- Nizami poeziyası: Mif-Tarix konteksti. Bakı, “Ağrıdağ”, 2003, 211 s.
- Oğuz mifinin paradiqmaları. Bakı, “Səda”, 2004, 199 s.
- Yaddaş və şəxsiyyət. Bakı, “Səda”, 2004, 130 s. (M.Həkimovla birgə)
- Oğuz mifi və Oğuznamə eposu. Bakı, “Nurlan”, 2007, 181 s.
- Folklorlaşan alim ömrü. Bakı, “Nurlan”, 2007, 197 s.
- Azərbaycan folklorşünaslıq tarixi və Sədnik Paşa Pirsultanlı. "Nurlan", 2008, 212 s.
- Mifologiya və folklor: Nəzəri-metodoloji kontekst. "Nurlan", 2008, 175 s.
- Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi (Əsli-Kərəm və "Dədə-Qorqud")
- Oğuz mifologiyası. Bakı, “Nurlan”, 2009, 363 s.
- Oğuz mifologiyası (metod, struktur, rekonstruksiya). "Nurlan", 2009, 363 s.
- Əbülqazi “Oğuznamə”sində mif və ritual. Bakı, “Nurlan”, 2013, 172 s.
- Əbülqazi “Oğuznamə”sində mif və ritual. Bakı, “Nurlan”, 2013, 172 s. (Elektron kitab)
- Müasir Azərbaycan folklorşünaslığı. 2 cilddə, I cild. Mif və epos məsələləri. Bakı, “Nurlan”, 2013, 364 s.
- Muğanlıda Novruz karnavalı. Tiflis, “Tbiliselebi”, 2014, 103 s.
- Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi. Bakı, “Elm və təhsil”, 2015, 436 s.
- Ustad-namə. Naxçıvan, “Nuh”, 2016, 107 s. (R.Babayevlə birgə)
- "Kitabi-Türkman Lisani" OĞUZNAMƏSİNİN TRANSMEDİATİV STRUKTURU VƏ RİTUAL-MİFOLOJİ SEMANTİKASI. "Elm və təhsil", 2020, 472 s.
- MÜASİR AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI, 2 cilddə, II cild (SƏNƏTKAR, MƏTN VƏ MÜHİT MƏSƏLƏLƏRİ). "Elm və təhsil", 2020, 308 s.
- “Kitabi-Türkman lisani” oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası. Bakı, “Elm və təhsil”, 2020, 472 s.
- Nizami Gəncəvi: etnogenez və mifologiya. Bakı, “Elm və təhsil”, 2021, 120 s.
- Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf. Bakı, “Elm və təhsil, 2021, 344 s.
- Büyük Azerbaycan Mütefekkiri Nizami. Bursa, “Türk Ocakları Derneği Bursa Şubesi”, 2022, 197 s. (M.Hüseynova və E.Quliyevlə birgə)
- “Dədə Qorqud” eposu. I kitab. Qəhrəmanın ölüb-dirilməsi. Bakı, “Elm və təhsil”, 2022, 128 s.
- “Dədə Qorqud” eposu. II kitab. Dastanın Alp Aruz variantının ik bərpa təcrübəsi. Bakı, “Elm və təhsil”, 2024, 304 s.
- “Dədə Qorqud” eposu. III kitab. Şaman-qəhrəmanın Xaos dünyasına yolçuluğu. Bakı, “Elm və təhsil”, 2025, 176 s.
- “Dədə Qorqud” eposu. IV kitab. Salur Qazanın təpəgözü öldürməsi. Bakı, “Elm və təhsil”, 2025, 276 s.
- “Dədə Qorqud” eposu. V kitab. Oğuz mifinin süqutu və Salur Qazan mifinə transformasiyası. Bakı, “Elm və təhsil”, 2026, 168 s.
- Qarabağ folklor dünyasının poesemantik sehri Vüsalə Nəsibovanın intellektual yanaşmasında // V.Nəsibova. Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri. Bakı: “Elm və təhsil”, 2025, s. 3-13
- Ön söz, yaxud yaradıcı subyekt milli ədəbi məkanın intellektual paradiqması kimi // Alimlik missiyası, tənqidçi ömrü (məqalələr toplusu). Tərtib edəni və “Ön söz”ün müəllifi M.Dövlətzadə. Bakı: “Elm və təhsil”, 2025, s. 316-330
- Ön söz: Azərbaycan ədəbi tənqid məkanında eyni bədii mətnə paralel baxış təcrübəsi // Alimlik missiyası, tənqidçi ömrü (məqalələr toplusu). Tərtib edəni və “Ön söz”ün müəllifi M.Dövlətzadə. Bakı: “Elm və təhsil”, 2025, s. 316-330
- Şirvan folklor yaddaşının cəfakeş tədqiqatçısı // “Söz” jurnalı, iyun 2025, s. 11-12
- “Folklor və İslam” problemi yeni nəzəri-metodoloji baxış müstəvəsində (ön söz) // Q.Sayılov. Folklor və İslam. Bakı, “Elm və təhsil”, 2025, s. 5-16
- Ön söz // A.İslamzadə. Folklor mətnlərinin və yazılı ədəbi nümunələrin funksional semantikası. Bakı: “Elm və təhsil”, 2025, s. 4-10
Mükafatları
- Seyfəddin Rzayev Azərbaycan Respublikası Mədəniyyət nazirliyi tərəfindən "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında 05 yanvar 2021-ci il tarixi ilə əlaqədar dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəxri Fərmanı ilə təltif edilib.
- Seyfəddin Rzayev 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Həmçinin bax
- AMEA Folklor İnstitutu
- Azərbaycan mifologiyası
- 1 avqustda doğulanlar
- 1961-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Biləsuvar rayonunda doğulanlar
- Filologiya elmləri doktorları
- AMEA Folklor İnstitutunun alimləri
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Azərbaycan folklorşünasları
- Azərbaycan folkloru