Seyfulla Səttar oğlu Əzimov (1970, Yuxarı Daşarx, İliç rayonu) — polis general-leytenantı, Daxili işlər nazirinin birinci müavini, Milli koordinator.
| Seyfulla Əzimov | |
|---|---|
Vəzifədədir | |
| 5 iyul 2019-cu ildən | |
| Nazir | Vilayət Eyvazov |
| Əvvəlki | Vilayət Eyvazov |
| 4 noyabr 2014 – 5 iyul 2019 | |
| Əvvəlki | Mirqafar Seyidov |
| Sonrakı | Əbülfət Rzayev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1970 (55–56 yaş) |
| Doğum yeri |
|
| Rütbəsi | Polis general-leytenantı |
| | |
| Təltifləri | |
Həyatı
Seyfulla Əzimov 1970-ci ildə anadan olmuşdur. Daxili İşlər Nazirliyinin Azərbaycan Polis Akademiyasını bitirib.
Fəaliyyəti
Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləmişdir.
2014-cü ilin noyabrın 4-dən DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutmuşdur.
Seyfulla Əzimov 5 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.