| Seyid Qütb | |
|---|---|
| ərəb. سَيِّد قُطْب ərəb. سيد قطب بن إبراهيم | |
| |
| Doğum tarixi | 9 oktyabr 1906 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 29 avqust 1966 (59 yaşında) və ya 1967 (60–61 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | asılma[d] |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, yazıçı, filosof, jurnalist, şair, yazıçı-dokumentalist[d], inqilabçı, akademik[d] |
| Partiyası |
|
Seyid İbrahim Hüseyn Qütb (9 oktyabr 1906, Əsyut mühafəzəsi[d] – 29 avqust 1966 və ya 1967, Qahirə), xalq arasında Seyid Qütb (ərəb. سيد قطب) kimi tanınan — Misir yazıçısı, pedaqoq, İslam alimi, qutbizmin banisi, inqilabçı və şairdir. O, 1950–1960-cı illərdə Misirdə Müsəlman Qardaşların aparıcı üzvü olub. 1966-cı ildə o, Misir prezidenti Camal Əbdül Nasirə qarşı sui-qəsd hazırlamaqda təqsirli bilinib və asılaraq edam edilib. O, Əl-Qaidə və İŞİD kimi qlobal cihadçı təşkilatların ideoloji köklərini dəstəkləyən dini-siyasi doktrina olan "sələfi cihadçılığının atası" hesab olunur.
24 kitabın 30-a yaxın kitabı müxtəlif səbəblərdən (əsasən dövlət tərəfindən məhv edilmiş) çap olunmamış və minimum 581 məqalənin, o cümlədən romanlar, ədəbi-bədii tənqid və maarifləndirici əsərlərin müəllifi, dünyanın, məxsusən İslam dünyası, xüsusən də "Sosial Ədalət" və Məalim fi əl-Tariq ("Yoldakı İşarələr") kitablarında İslamın ictimai və siyasi rolu ilə bağlı fəaliyyətilə tanınır. Onun şah əsəri Fi Zilal əl-Quran ("Quranın kölgəsində") adlı Quranın 30 cildlik təfsiridir.
Qütbün yaxın ətrafı nüfuzlu siyasətçilər, ziyalılar, şairlər və ədəbiyyat xadimlərindən ibarət idi. 1940-cı illərin ortalarında onun bir çox yazıları məktəb, kollec və universitetlərin tədris proqramlarına daxil edilib.
Müşahidələrinin və tənqidlərinin əksəriyyəti müsəlman dünyasına yönəlsə də, Qütb həm də ABŞ cəmiyyətini və mədəniyyətini ciddi şəkildə rədd etməsi ilə tanınır, onu materialist, cinsi həzzlərə aludəçilik və zorakılıq kimi qiymətləndirirdi. O, zorakı, təcavüzkar cihadı müdafiə edirdi. Qütb davamçıları tərəfindən böyük mütəfəkkir və İslam şəhidi kimi təsvir edilsə də, bir çox müşahidəçilər onu Əl-Qaidə kimi zorakı islamçı radikal qruplar üçün islamçı ideologiyanın əsas yaradıcısı və ilham mənbəyi kimi görürlər. Qütb XX əsrin görkəmli islamçı ideoloqlarından hesab olunur. Şəhidlik statusu ilə güclənən Qütbün cahiliyyə ilə bağlı fikirləri və şəriətin tətbiqini tövhidlə yaxından əlaqələndirməsi müasir islamçı və cihadçı hərəkatlara böyük təsir göstərmişdir. Bu gün onun tərəfdarlarını "Qütbist" və ya "Qütbi" adlandırırlar.
Həmçinin bax
- Həsən əl-Bənna
- Əbüləla Mövdudi
- İbn Qəyyim əl-Cövziyyə
- 9 oktyabrda doğulanlar
- 1906-cı ildə doğulanlar
- Misirdə doğulanlar
- 29 avqustda vəfat edənlər
- 1966-cı ildə vəfat edənlər
- 59 yaşında vəfat edənlər
- 1967-ci ildə vəfat edənlər
- Qahirədə vəfat edənlər
- Qahirə Universitetinin məzunları
- Şimali Kolorado Universitetinin məzunları
- Edam olunmuş inqilabçılar
- Müsəlman teoloqlar
- Siyasi filosoflar
- Antikapitalistlər
- İslamizm
- Antiimperializm
- XX əsr filosofları
- Misir yazıçıları
- Antiatlantizm
- İslam və antisemitizm
