| Seymur Məmmədov | |
|---|---|
| Seymur Qəhrəman oğlu Məmmədov | |
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 18 sentyabr 1971 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1 aprel 1992 (20 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Azərbaycan Respublikası |
| Döyüşlər |
|
| Təltifləri | |
Seymur Qəhrəman oğlu Məmmədov (18 sentyabr 1971, Füzuli – 1 aprel 1992, Məlikcanlı, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978–1988-ci illərdə burada 2 saylı məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidmətini Almaniya və Ukraynada keçirir.
Döyüşlərdə iştirakı
Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdi. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçsüsü olan 15 dayaq nöqtəsi məhv edildi. Həmin döyüşdə snayperlə vurulan Seymur 20 yaşında qəhrəmancasına şəhid oldu.
Ailəsi
Subay idi.
Xatirəsi
Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Oxuduğu məktəb onun adını daşıyır.
2019-cu ildə "Salnaməfilm" studiyasında haqqında "Qartal yuvası" sənədli filmi çəkilmişdir. Filmin rejissoru Çingiz Həsənovdur.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 206.
- 18 sentyabrda doğulanlar
- 1971-ci ildə doğulanlar
- Füzulidə doğulanlar
- 1 apreldə vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 20 yaşında vəfat edənlər
- Xocavənd rayonunda vəfat edənlər
- Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları