Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Günay Fəzail qızı Ağamalı (11 fevral 1983, Naxçıvan) — azərbaycanlı psixoloq, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış depu

Günay Ağamalı

Vikipediya, azad ensiklopediya
Günay Ağamalı
Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı
Seçki dairəsi2024 — 65 Saylı Salyan-Biləsuvar-Neftçala
Şəxsi məlumatlar
Doğum tarixi 11 fevral 1983(1983-02-11) (43 yaş)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Ana Vətən Partiyası
Təhsili
  • Qərbi Kaspi Universiteti,
  • Azərbaycan Dillər Universiteti,
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti psixoloq, siyasətçi
Atası Fəzail Ağamalı

Günay Fəzail qızı Ağamalı (11 fevral 1983, Naxçıvan) — azərbaycanlı psixoloq, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı, Ana Vətən Partiyasının sədri.

Həyatı və fəaliyyəti

Günay Fəzail qızı Ağamalı 11 fevral 1983-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Əslən Zəngəzur Mahalının Qarakilsə rayonundandır. Tanınmış ictimai-siyasi xadim, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalının qızıdır. O, ali təhsilini müxtəlif illərdə və ali təhsil müəssisələrində almışdır. 2004-cü ildə Qərbi Kaspi Universitetini bakalavr dərəcəsi üzrə tərcüməçi ixtisası ilə bitirmişdir. Daha sonra təhsilini 2006-cı ildə Azərbaycan Dillər Universitetində magistr dərəcəsi üzrə ingilis dili tərcüməçisi ixtisası istiqamətində davam etdirmişdir. Bununla yanaşı, 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirərək praktik psixoloq ixtisasına yiyələnmişdir. Günay Ağamalı uzun illər Ana Vətən Partiyasının sıralarında aktiv fəaliyyət göstərmişdir. Partiya daxilində müxtəlif məsuliyyətli vəzifələrdə, o cümlədən Qadınlar Şurasının sədri kimi çalışmışdır. Siyasi və ictimai fəallığı ilə seçilən Günay Ağamalı partiya həyatında mühüm rol oynamış, daha sonra isə Ana Vətən Partiyasının sədri seçilərək rəhbərliyi öz üzərinə götürmüşdür. O, həmçinin “Buta” Xüsusi Qayğıya Ehtiyacı olan Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin sədridir. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Sudan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. Çexiya, İtaliya, Kanada, İsveç, Danimarka, Bəhreyn, Qırğızıstan, Meksika, Misir və Honduras ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Üst