Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Siyasi təşkilat — siyasi məqsədləri həyata keçirmək üçün müştərək fəaliyyət prinsipləri əsasında yaradılmış vətəndaşların könüllü ittifaqı.

Siyasi təşkilat

Vikipediya, azad ensiklopediya

Siyasi təşkilat — siyasi məqsədləri həyata keçirmək üçün müştərək fəaliyyət prinsipləri əsasında yaradılmış vətəndaşların könüllü ittifaqı.

Bu cür təşkilatların əsas funksiyası müəyyən sosial qrupların və ya bütövlükdə cəmiyyətin siyasi maraqlarını müdafiə etməkdir. Siyasi təşkilatların yaranması və təkamülü modernləşmə prosesləri, milli dövlətlərin formalaşması və vətəndaş cəmiyyətinin inkişafı ilə şərtlənir. Bir qayda olaraq, siyasi təşkilatlar sabit üzvlüyə və müəyyən daxili struktura malik olurlar.

Siyasi təşkilatların fəaliyyəti müvafiq normativ aktlarla tənzimlənir. Məqsədə nail olmaq üçün müxtəlif siyasi fəaliyyət vasitələrindən (təşviqat-təbliğat, informasiya-kommunikasiya, ideoloji, təşkilati, psixoloji və s.) istifadə olunur.

Siyasi təşkilat aşağıdakı funksiyaları yerinə yetirir:

  • hakimiyyətin reallaşdırılması formalarından biridir;
  • siyasi həyatın və siyasi sistemin demokratikləşmə göstəricisidir;
  • siyasi mədəniyyət səviyyəsinin indikatorudur;
  • siyasi təhsilin və siyasi idarəetmənin təkmilləşdirilməsi mənbəyidir.

Siyasi təşkilatların ideoloji tərkibi adətən onların proqramlarında öz əksini tapır. İdeoloji istiqamətlərinə görə: sosial-demokrat, kommunist, liberal, mühafizəkar, millətçi və s.; siyasi reallığa münasibətinə görə isə: inqilabi, islahatçı, reaksioner və mühafizəkar qruplara təsnif edilirlər.

Siyasi təşkilatların spesifikasını tədqiq edən əsas nəzəriyyələr:

  • M. Veberin formal təşkilatların bürokratik-iyerarxik konsepsiyası: fəaliyyətin maksimal ixtisaslaşması, rəhbər funksiyaların və məsuliyyətin iyerarxik bölgüsü, təşkilati qayda və prosedurların formallaşdırılmasını nəzərdə tutur;
  • Kollektiv davranış və kütləvi cəmiyyət nəzəriyyəsi (E. Fromm, U. Kornhauzer, Q. Blümer və b.): qruplararası münaqişələrin, o cümlədən siyasi münaqişələrin səbəblərini, mexanizmlərini və həlli yollarını açır;
  • Resursların səfərbər edilməsi konsepsiyası (C. Makkarti, K. Vilson, A. Obertol): xarici resurslar (dövlətin iqtisadi səviyyəsi, hüquq mədəniyyəti, demokratik ənənələr) və daxili resursları (insan resursları, vaxt və təşkilat üçün xərclənən maddi vəsaitlər) əhatə edir.

Siyasi təşkilatların fəaliyyətinin qiymətləndirilməsi meyarı onun tərkib hissələrindən — sosial-siyasi mövqelər və rollardan, norma və dəyərlərdən və s. effektiv istifadədir.

Ədəbiyyat siyahısı

  • М. Багмет. Політична організація // Політична енциклопедія. Редкол.: Ю. Левенець (голова), Ю. Шаповал (заст. голови) та ін. — К.:Парламентське видавництво, 2011. — с.589 ISBN 978-966-611-818-2
  • Політологічний енциклопедичний словник / уклад.: Л. М. Герасіна, В. Л. Погрібна, І. О. Поліщук та ін. За ред. М. П. Требіна. — Х . :Право, 2015
  • Шайгородський Юрій Жанович; Організація політична / Ю. Ж, Шайгородський // Соціологія політики: Енцикл. словник / Авт.-упоряд. : Полторак Володимир Абрамович, О. В. Петров, А. В. Толстоухов. — К. : Вид-во Європ. ун-ту, 2009. — С. 271.
Üst