Sonninq mükafatı (dan. Sonningprisen) — Avropa mədəniyyətinə fövqalədə töhfələr verən elm, mədəniyyət və ədəbiyyat xadimlərinə verilən mükafat. Sonninq mükafatı Danimarkalı yazıçı Karl Sonninqin şərəfinə hər iki ildən bir verilir. Kopenhagen Universitetinin rektorluğu tərəfindən seçilmiş nümayəndə heyəti mükafata namizəd olan şəxslər arasında seçim aparır və aparılan seçim nəticəsində qalib şəxsə 135.000 avro mükafat verilir. Mükafatlandırma mərasimi Karl Sonninqin doğum tarixi olan 19 apreldə Kopenhagen Universitetinin akt zalında təqdim olunur.
| İl | Laureat | Sahə | Ölkə |
|---|---|---|---|
| 2021 | Svetlana Aleksiyeviç | Ədəbiyyat | |
| 2018 | Lars fon Trier | Kinematoqrafiya | |
| 2014 | Mixail Haneke | Kinematoqrafiya | |
| 2012 | Orxan Pamuk | Ədəbiyyat | |
| 2010 | Hans Magnus Enzensberger | Ədəbiyyat | |
| 2008 | Renzo Piano | Memarlıq | |
| 2006 | Aqnes Heller | Fəlsəfə | |
| 2004 | Mona Hatum | Mədəniyyət | |
| 2002 | Meri Robinson | Hüquq | |
| 2000 | Eugenio Barba | Teatr | |
| 1998 | Yorn Utzon | Memarlıq | |
| 1996 | Günter Qrass | Ədəbiyyat | |
| 1994 | Kşiştof Kyeslovski | Kinematoqrafiya | |
| 1991 | Vatslav Havel | Ədəbiyyat | |
| 1989 | İnqmar Berqman | Teatr | |
| 1987 | Yürgen Habermas | Fəlsəfə | |
| 1985 | Vilyam Heyines | Ədəbiyyat | |
| 1983 | Simona de Bovuar | Ədəbiyyat | |
| 1981 | Dario Fo | Teatr | |
| 1979 | Herman Qmayner | Filantropiya | |
| 1977 | Arn Ness | Fəlsəfə | |
| 1975 | Hannah Arendt | Siyasət | |
| 1973 | Karl Popper | Fəlsəfə | |
| 1971 | Danilo Dolçi | Sosial iş | |
| 1970 | Max Tau | Ədəbiyyat | |
| 1969 | Halldor Laksness | Ədəbiyyat | |
| 1968 | Artur Kostler | Ədəbiyyat | |
| 1967 | Vilhelm Hoft | Teologiya | |
| 1966 | Lourens Olivye | Teatr | |
| 1965 | Ricard Kalerqi | Ədəbiyyat | |
| 1964 | Dominik Pir | Teologiya | |
| 1963 | Karl Bart | Teologiya | |
| 1962 | Alvar Aalto | Memarlıq | |
| 1961 | Nils Bor | Psixologiya | |
| 1960 | Bertran Rassel | Fəlsəfə | |
| 1959 | Albert Şveytser | Fəlsəfə | |
| 1950 | Vinston Çörçill | Ədəbiyyat | |
Kateqoriyalar:
- Danimarka tarixi
- Ədəbiyyat mükafatları
- Avropa mədəniyyəti