Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Son Het, Yeni Het və ya Suriya-Het çarlıqları — Anadolunun cənub-qərbində və müasir Suriyanın şimalında erkən Dəmir dövrünə aid siyasi birliklər.

Suriya-Het çarlıqları

Vikipediya, azad ensiklopediya
E.ə. 800-cü ildə Suriya-Het çarlıqlarının təxmini sərhədləri.

Son Het, Yeni Het və ya Suriya-Het çarlıqlarıAnadolunun cənub-qərbində və müasir Suriyanın şimalında erkən Dəmir dövrünə aid siyasi birliklər.

Bu dövlətlər e.ə. 1180-ci ildə yaranmış, təxminən e.ə. 700-cü ilə qədər mövcud olmuşlar. Bu çarlıqların əhalisi əsasən luvi, arami və Finikiya dillərində danışırdılar.

Terminologiya

Müasir ingilisdilli ədəbiyyatda "Yeni Het çarlıqları" termini dar mənada Milid və Karkemiş kimi luvilərin hakimiyyətdə olduğu dövlətlərə istinad etmək üçün istifadə edilir. Bundan başqa, "Suriya-Het krallıqları" termini daha geniş bir termin olub, cənubi və mərkəzi Anadoluda, eləcə də Suriyada yaranmış bütün dövlətləri – Tabal və Kue kimi Het dövlətinin süqutundan sonra yaranmış padşahlıqları əhatə edir.

Üst