| Sırt Yengicə | |
|---|---|
| 40°51′43″ şm. e. 47°48′56″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 627 m |
| Saat qurşağı |
|
![]() Sırt Yengicə | |
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun Sırt Yengicə kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası
Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır.
Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir.
Coğrafiyası və iqlimi
Kənd Dəmiraparançayın sahilində, Əyriçay–Öndağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Qəbələ rayonu qaralamaları
- Qəbələ rayonunun kəndləri

