Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yemişanlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun Yemişanlı kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Re

Yemişanlı (Qəbələ)

Vikipediya, azad ensiklopediya
Yemişanlı
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.017 nəf. (2009)
Rəsmi dili

YemişanlıAzərbaycan Respublikasının Qəbələ rayonunun Yemişanlı kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Yemişanlı kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Uludaş kəndi mərkəz olmaqla, Uludaş kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası

Yaşayış məntəqəsini sovet hakimiyyəti illərində Tikanlı kəndindən çıxmış ailələr böyük bir yemişan ağacının yanında saldığına görə belə adlanmışdır.

Tarixi

Coğrafiyası

Kənd meşəlik ərazidə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1017 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Kənddə 240 təsərrüfat mövcuddur. Kənd əhalisi əsasən meyvəçili, əkinçilik, tərəvəzçiliklə, eləcə də xırda buynuzlu heyvandarlıqla məşğul olur. Kəndə fasiləsiz enerji verilir. Ərazidə içməli suyu bir artezian quyusu təmin edir. Kəndə 100 nömrəlik telefon xətti çəkilir.

Təhsil

Kənddə 440 şagirdlik yeni ümumtəhsil məktəbi 2008-ci ilin sonunda istifadəyə verilib.

Həmçinin bax

Üst