| Səttar Əfəndiyev | |
|---|---|
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | bilinmir |
| Vəfat tarixi | bilinmir |
| Vəfat yeri | Dağıstan |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | |
| Xidmət illəri | 1918-1920 |
| Rütbəsi | Podpolkovnik |
| Döyüşlər | Qanlı Dərə döyüşü Sarvan döyüşü Quba üsyanı (1920) Xırdalan döyüşü (1918) |
Səttar Əfəndiyev (bilinmir – bilinmir, Dağıstan) — 1918-ci ildə Quba qəzasında erməni silahlı dəstələrinin törətdiyi qırğınların qarşısını almağa çalışan şəxslərdən və Sovet dönəmində Quba üsyanının başçılarından biri. Azərbaycan Milli Ordusunun podpolkovniki.
Bioqrafiyası
Qubalı Səttar Əfəndiyev, Mart hadisələri vaxtı Qanlı Dərə döyüşündə, Xırdalan döyüşündə (1918) terrorçu Amazaspın ordusunun məğlub edilməsində və 1920-ci ildəki Sarvan döyüşündə XI Qızıl Orduya qarşı şücaətlə vuruşmuşdur. Qubalı Səttar 1920-ci ildəki Quba üsyanının başçılarından biri olmuşdur. Quba üsyanı vaxtı onun başçılıq etdiyi dəstədə də türk zabitləri də var idi. Səttar Əfəndiyev həmçinin Qubanın erməni daşnaqlarından təmizlənməsi planlarının hazırlandığı, Zizik kəndi yaxınlığındakı Güllü Təpə yığıncağında da iştirak etmişdir. Həmdulla əfəndi Əfəndizadənin ən yaxın silahdaşlarından olan Səttar Əfəndiyev, Dağıstanda vəfat etmişdir.
Həmçinin bax
- Həmdulla əfəndi Əfəndizadə
- Doğum tarixi bilinməyənlər
- Vəfat tarixi bilinməyənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Dağıstanda vəfat edənlər
- Azərbaycan hərbçiləri
- Azərbaycanlı hərbçilər
- Azərbaycan polkovnik-leytenantları
- Azərbaycan üsyançıları