Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Təklə (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Qobustan rayonunun Təklə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Mil

Təklə (Qobustan)

40°35′31″ şm. e. 48°46′56″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Təklə
40°35′31″ şm. e. 48°46′56″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Təklə xəritədə
Təklə
Təklə

Təklə (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Qobustan rayonunun Təklə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Qobustan rayonunun Leninabad kəndi Təklə kəndi adlandırılmışdır.

Toponimikası

Şahsevən tayfa birliyinə daxil olan təkləlilər kəndi özlərinə mənsub qışlaq yerində salmışlar. Sovet hakimiyyəti illərində qoyunçuluq sovxozu yaradılanda məntəqə Leninabad adlandırıldı. 1991-ci ildə kəndin köhnə Təklə adı bərpa olundu. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524–1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s.

Tarixi

Coğrafiyası və iqlimi

Kənd Acıdərə çayının sahilində yerləşir.

Əhalisi

Kənddə 300-dən artıq ev var və kənddə 2000-dən artıq əhali yaşayır.

Din

Kənddə Təklə kənd məscidi dini icması fəaliyyət göstərir.

Həmçinin bax

Üst